Şənbə, 22 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov Paşinyanın mətbuat katibini təkzib etdi

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunmayıb"

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - deyə D.Peskov bildirib.

Xatırladaq ki, dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.

Onu da xatırladaq ki, Ermənistan KİV-ləri dünən Paşinyanın mətbuat katibi Vladimir Karapetyana istinadən məlumat yaymışdılar ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sank-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur iş adamı azərbaycanlı müğənniyə evlilik təklif etdi - Foto

Bakıda silahlı insident: Tapança ilə qətlə yetirilən var

Moskvanın Qafanda konsulluq açmaq istəyi və Rusiya-Ermənistan münasibətiləri...

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - Yenilənib

İrəvanda polis Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib - Video, Yenilənib

Pomidor şirəsinin elə bir faydası tapıldı ki...

Türkiyə XİN Ermənistanın Fələstini dövlət kimi tanımasını təqdir edib

Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə xəbərdarlıq

Qanazlığı olan insanlar nələrə diqqət etməlidirlər?

Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişib

Ən çox oxunanalar