Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqonun Ukrayna ilə bağlı gizli planları rus sosial şəbəkələrinə necə sızıb?..

Pentaqonun və NATO-nun Ukraynadakı gizli planları rus telegram kanallarında paylaşılır...

Poliqon xəbər verir ki, The New York Times qəzeti Bayden administrasiyasının rəsmilərinə istinadən Pentaqon ABŞNATO-nun Ukraynaya silah tədarükünün qrafiki ilə bağlı məlumatları özündə əks etdirən çox məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başladığını yazıb.

Xəbərdə qeyd edilir ki, “ABŞ-ın məxfi sənədləri” bu həftənin əvvəlində rusiyayönlü kanallar tərəfindən dərc edilib.

Qeyd edək ki, bu həftənin əvvəlinfə Rusiyanın Telegram kanalları guya Amerika sənədləri olan beş foto dərc edib. Onlardan birində Ukrayna bölmələrinin yaz hücumuna hazırlıq qrafiki göstərilir. Ümumilikdə, qrafikdən görünür ki, Ukrayna əks-hücum üçün 12 briqadası hazırlayır. Onlardan üçü Ukraynada, digər doqquzu isə amerikalı təlimatçıların rəhbərliyi altında Qərb ölkələrində təlim keçir. Sənədlərdə göstərilir ki, martın sonunadək Qərbdə təlim keçən altı briqada, aprelin sonunadək isə doqquz briqadanın hamısı təlimi başa çatdırmalıdır.

Qrafikdə bu briqadaların hansı avadanlıqları almalı olduğu da göstərilir. Sənədə görə Ukraynanın yeni briqadaları ümumilikdə 253 tank, 381 tırtıllı döyüş texnikası, 480 təkərli texnika, 147 artilleriya qurğusu, həmçinin 571 HMMWV alacaqlar.

Xəritələrdən birində Rusiya və Ukraynanın itkilərinin ümumi qiymətləndirilməsi də verilib. Bundan başqa, Rusiyanın itkiləri 17,5 min nəfər, Ukraynanın isə 61-71,5 min nəfər səviyyəsində qiymətləndirilir. Sənəddə bu itkilərin hansı dövrə aid olması aydın deyil. CNA analitiki Maykl Kofmanın NYT ilə söhbətində qeyd etdiyi kimi, bu sənədlərdəki bütün məlumatlar, o cümlədən tərəflərin itkiləri ilə bağlı məlumatlar etibarlı görünmür.

Digər xəritədə isə Donetsk vilayətində rus bölmələrinin yerləşdiyi yer göstərilir. Sənəddə bildirilir ki, Rusiyanın bölgədə 23 minə yaxın, Ukraynanın isə 10-20 min əsgəri var.

Daha iki xəritədə ABŞ qoşunlarının Avropada yerləşdiyi yer və Ukraynanın müxtəlif bölgələrində ərimənin başlanmasının təxmini tarixləri göstərilir.

NYT yazır ki, dərc olunmuş sənədlər martın 1-dəki vəziyyətə istinad edir. Bu, Telegram kanallarında yayılan görüntülərdə görünənlərlə üst-üstə düşür.

Qəzetin yazdığına görə, sənədlərdə Ukrayna ilə bağlı konkret planlar və hücum strategiyası yoxdur, lakin onlar silahların çatdırılması qrafikləri, qoşunların sayı və onların texnikası kimi dəyərli detalları ortaya qoyur.

NYT sızdırılmış sənədləri müharibə başlayandan bəri Rusiya kəşfiyyatının ilk uğuru adlandırır.

Qəzet yazır ki, məlumatların sosial şəbəkələrdə yerləşdirildiyi və bütün dünyaya təqdim edildiyi bu xarakterli sızma, şübhəsiz ki, Ukrayna və ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsinə zərər verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar