Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqonun rəhbəri: ABŞ-ın Ukrayna üçün “sehrli çubuq” olacaq silahları yoxdur

Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı deyib ki, ABŞ Rusiya ilə hərbi münaqişədə Ukrayna üçün “sehrli çubuq” olacaq silahlara malik deyil...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” portalı məlumat yayıb. Portal qeyd edir ki, eyni zamanda Ostin Amerika hakimiyyətinin Ukraynaya “yüksək keyfiyyətli hərbi yardım” göstərməyə davam edəcəyinə söz verib.

“Belə bir hərbi münaqişədə “sehrli çubuq” ola biləcək silahlar yoxdur. Burada mümkün uğur bir çox amillərdən asılıdır. Bu, çətin, çox yorucu mübarizədir və gələcəkdə də belə olacaq”, deyə Ostin Ukrayna paytaxtına səfərindən sonra mətbuat konfransı zamanı deyib.

Birləşmiş Ştatların hərbi departamenti rəhbərinin sözlərinə görə, Ukrayna hakimiyyətinin qarşısında çətin bir vəzifə durur ki, bu da Qərb müttəfiqləri tərəfindən təchiz edilmiş silah və hərbi texnikanın “nəticədə Rusiya üzərində hərbi qələbəyə nail olmaq” üçün “sinxronizasiyası”dır.

Kiyevə səfəri zamanı Lloyd Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.Bu paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - Yenilənib

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Ən çox oxunanalar