Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon İranın tankerlərə hücumunu “sübut edən” fotolar yaydı –Foto

Yeni şəkillər yayımlandı

Pentaqon İranın ötən həftə Oman körfəzində xarici neft tankerlərinə hücum etdiyini sübut etmək üçün yeni şəkillər yayımlayıb.

ABŞ fotolara istinad edərək bildirib ki, fotolarda İranın İnqilab Keşikçilərinin partlamamış minanı Yaponiyaya məxsus “Kokuka Courageous” tankerinin yanından götürdükləri görünür.

Şəkilərdən birində minanın yerləşdirildiyi yerləri görmək olur.

Digər bir şəkildə isə tankerin üzərində böyük deşik görmək mümkündür. Pentaqon bu deşiyə başqa bir minanın səbəb olduğunu ehtimal edir.

ABŞ videogörüntülərə və partlamamış maqnitli minanı cəld çıxarmaq üçün tələb olunan resurslar və təcrübəyə əsaslanaraq bildirib ki, İran hücuma görə məsuliyyət daşıyır.

İran hələ ki, yeni əldə edilən şəkillər barədə fikir bildirməyib. Lakin tankerlərə hücumlar həyata keçirməkdə iştirakını inkar edib. İran bu iddiaları gülünc, eyni zamanda təhlükəli adlandırıb.

Bazar ertəsi günorta saatlarında ABŞ müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Patrik Şanahan müdafiə məqsədi ilə əlavə təxminən 1000 nəfərdən ibarət əsgəri qüvvənin Yaxın Şərqə səfərbər edildiyini açıqlayıb.

“Mən bundan əvvəl qeyd etmişdim ki, bu məsələ beynəlxalq konsensus yaratmalıdır. Vəziyyətə baxdıqda, Norvec, Yaponiya gəmiləri, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, dünya neftinin 15 faizini Hörmüz boğazı vasitəsi ilə çatdırırlar. Ona görə də vəziyyət gərginləşərsə, bizim fövqəladə planımız olmalıdır” – deyə, Patrik Şanahan bildirib.

Bazar ertəsi ABŞ İranın uran zənginləşdirməsini beynəlxalq razılıqda göstərilən səviyyədən yuxarı qaldırması planını şantaj adlandırıb.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, İran regionda təhlükəli fəaliyyətinə görə məsuliyyət daşımalıdır. Lakin ABŞ-ın fəaliyyəti tələsik və düşünülməmiş deyil, möhkəm, düşünülmüş və strateji olmalıdır.(Amerikanın Səsi)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar