Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Ramil Səfərova qarşı qərəzli fikirləri

Paşinyan Ramil Səfərov haqda danışdı

Ermənistanın baş naziri, son vaxtlar dəmir alveri ilə gündəmə gələn Nikol Paşinyan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində Azərbaycan ordusunun zabiti Ramil Səfərovdan bəhs edib.

PİA.az Moderator.az-a istinadən xəbər verir ki, Macarıstanda həbs məhkum edilən Ramil Səfərovun Azərbaycanda azadlığa çıxmasını heç cür həzm edə bilməyən Paşinyan, bunu ölkəmizin tarixə “dəhşətli münasibəti” kimi xarakterizə edib. O, qeyd edib ki, erməni zabitini öldürən R.Səfərovun Azərbaycanda milli qəhrəman kimi qəbul edilməsi, mənzillə təmin olunması yolverilməzdir və bu, ermənilərə olan münasibətdən xəbər verir.

Paşinyan erməni soyadı daşıyan şəxslərin Azərbyacana gələ bilməməsindən də şikayətlənib:

“Məsələn, ötən baharda Azərbaycanın paytaxtı Bakıda baş tutan Avropa Liqasının finalında, o vaxt" Arsenal ", indi isə" Roma "nın oyunçusu Henrix Mxitaryan iştirak edə bilmədi. Niyə? Çünki onun erməni soyadı Azərbaycanda böyük bir məsələdir. Soyadını daşıyan köynək geyən avropalı fanatlar polis tərəfindən dayandırılıb. Bir həftə əvvəl bir azərbaycanlı sürücü bir erməni musiqiçinin mahnısını dinlədiyi üçün həbs olundu. Keçən il ABŞ, Rusiya və Türkiyə vətəndaşlarının soyadları erməni soyadlarına bənzər olduğu üçün Azərbaycana girməməsi halları oldu. Bu vəziyyətin Azərbaycan hökumətinin rəsmi siyasəti ilə nə əlaqəsi var? ”

Azərbaycanın ünvanına böhtanlar səsləndirən Paşinyan, nədənsə Azərbaycanda minlərlə erməninin yaşadığını, Ermənistandakı acınacaqlı vəziyyətdən usanaraq ölkəsini tərk edən ermənilərin məhz Azərbyacana pənah gətirdiyi, bu günlərdə erməni jurnalistlərinin Bakıya səfər etdiyini “unudur”. Görünür, bunu ona xatırlatmaq üçün ermənilərə layiq olduqları əsl münasibəti göstərməyə ehtiyac var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar