Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan yenidən Rusiyanı ittiham etdi... - Ermənistan dönməz bir şəkildə Rusiyadan ayrılır?

Ermənistanın baş naziri The Wall Street Journal nəşrinə müsahibəsində yenidən Rusiyaya qarşı ittihamlarla çıxış edib...

Politoloq: “Ermənistanla Rusiya arasında mövcud problemlər həqiqətən də, günü-gündən dərinləşir və mövcud Paşinyan hakimiyyəti dövründə geri dözülməz bir hal alıbdır”.

“Paşinyanın The Wall Street Journal jurnalına verdiyi müsahibədən də çıxaracaq nəticə bundan ibarətdir ki, onun niyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq və ya əvvəlki səviyyəyə çatdırmaq deyil”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın baş naziri Rusiya haqqındakı sonuncu fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Paşinyanın The Wall Street Journal nəşrinə müsahibəsində yenidən Rusiyaya qarşı ittihamlarla çıxış edib. Ermənistanın Baş naziri qeyd edib ki, İrəvan təhlükəsizliyi üçün yeni tərəfdaşlar axtarır. Eyni zamanda Paşinyan Ermənistandakı Rusiya bazasının çıxarılmasına da işarə edərək bildirib ki, Gümrüdəki baza artıq Ermənistanın təhlükəsizlik sistemində rol oynamır.

Paşinyanın Rusiya ilə bağlı son açıqlamalarını necə dəyərləndirmək olar və bu açıqlamalar Ermənistanın dönməz bir şəkildə Rusiyadan ayrılmasından xəbər verirmi?

Ermənistan-Rusiya münasibətlərinin son vəziyyətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Nikol Paşinyan bütün fürsətlərdən istifadə edir və Rusiyadan asılılıq münasibətlərini tamamilə bitirir”.

Ermənistanın dönməz bir şəkildə Rusiyadan ayrılması məsələsinə birmənalı cavab verməyin çətin olduğunu bildirən politoloq qeyd edib ki, Paşinyan hakimiyyəti dövründə Rusiya-Ermənistan münasibətləri bu vəziyyətə gəlib çatıb:

Ermənistanla Rusiya arasında mövcud problemlər həqiqətən də, günü-gündən dərinləşir və mövcud Paşinyan hakimiyyəti dövründə geri dözülməz bir hal alıbdır. Yəni proses ən azından Paşinyanın hakimiyyəti dövründə bu cür qalacaq və daha da dərinləşəcəkdir. Nikol Paşinyan bütün fürsətlərdən istifadə edir və Rusiyadan asılılıq münasibətlərini tamamilə bitirir. Beləliklə də, Qərbə inteqrasiya yolunu tutubdur. Belə olan təqdirdə də, bu Rusiyanın maraqlarına uyğun deyil.

Paşinyanın The Wall Street Journal jurnalına verdiyi müsahibədən də çıxaracaq nəticə bundan ibarətdir ki, onun niyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq və ya əvvəlki səviyyəyə çatdırmaq deyil. Faktiki olaraq bu gün Qarabağ məsələsi də həll edildiyi üçün Ermənistanın da Rusiyadan bir asılılığı yoxdur. Yəni həm Azərbaycan, həm də Ermənistanın Qarabağ məsələsinə görə Rusiyadan müəyyən mənada asılılığı var idi. Proseslərdə Rusiyanın dominantlığı bariz şəkildə görünürdü.

Turan Rzayev: “Paşinyandan sonra hakimiyyətə kimin gəlməsi də Rusiya-Ermənistan münasibətlərinin dəyişib-dətişməyəcəyini göstərəcək”.

Amma sonuncu kalantior tədbirlərindən sonra Qarabağda Azərbaycan hakimiyyətinin tam bərqərar olunması və Qarabağ münaqişəsinin birmənalı şəkildə bitməsi Ermənistanın da artıq Rusiyadan asılı olmadığını, Rusiyadan heç bir ehtiyacının olmadığını göstərir. Paşinyan aktiv şəkildə 44 günlük müharibədən sonrakı proseslərdə Rusiyanın Ermənistanı qorxmadığını, tək qoyduğunu və KTMT-nin Ermənistanın çağırışlarına dəstək vermədiyi arqumentlərini əsas gətirərək Rusiya ilə münasibətləri aşağı səviyyəyə salır. Eyni zamanda asılılıq münasibətlərini bitirir.

Ermənistanın dönməz bir şəkildə Rusiyadan ayrılması məsələsinə gəldikcə isə, buna birmənalı cavab vermək çətindir. Çünki Paşinyan hakimiyyəti dövründə Rusiya-Ermənistan münasibətləri bu vəziyyətə gəlib çatıb. Bundan öncəki prezidentlər Levan Terpetresyan, Robert Köçəryan və Serj Sərkisyan dövrlərinə baxdıqda görürük ki, belə vəziyyət yox idi. Əslində, Paşinyandan sonra hakimiyyətə kimin gəlməsi də Rusiya-Ermənistan münasibətlərinin dəyişib-dəyişməyəcəyini göstərəcək. Yəni indiki məqamda, Paşinyan hakimiyyəti dövründə proses belə davam edəcək. Amma Paşinyandan sonra nəyin baş verəcəyini demək bir qədər çətindir. Bu hakimiyyətə gələcək şəxsin və yaxud da qurupun siyasi xəttindən asılı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar