Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağda yeni eskalasiyan başlayandan bəri bir neçə dəfə AzərbaycanErmənistanı döyüşləri dayandırmağa çağırıb.

ABŞ, Rusiya və Fransa münaqişənin hərbi yolla deyil, danışıqlar vasitəsilə həllini məqbul sayırlar.

Azərbaycan danışıqlar tərəfdarı olsa da, Ermənistan ən müxtəlif üsullarla tərəflərin masa arxasında oturmasını əngəlləyir.

Xüsusilə, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı mövqeyi münaqişənin dinc yolla həllini mümkünsüz edir.

Paşinyan Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun tanınmasında israr edir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir.

AzərbaycanErmənistan xarici işlər nazirlərinin “Vaşinqton görüşü”ndən sonra da Nikol Paşinyan bu tip açıqlamalarını davam etdirir.

Ermənistanın Baş naziri Hindistanın WION telekanalının “Qlobal Liderlik Seriyası” verilişində bildirib ki, Dağlıq Qarabağ erməniləri təhlükə altındadır və bu səbəbdən müstəqilliyi tanınmalıdır.

Paşinyanın bu mövqeyi aşkar şəkildə sülh danışıqları rədd etməkdir. Erməni Baş nazir həm də bununla beynəlxaq hüquqa hörmətsizlik edir. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. ATƏT-in Minsk Qrupu da ilk gündən münaqişənin Azərbaycanın ərazi btüövlüyü çərçivəsində həllini irəli sürür. Amma göründüyü kimi Paşinyan Minsk Qrupuna da saymazyana yanaşır.

Bu halda münaqişənin yalnız hərbi yolla həll variantı qalır ki, Azərbaycan Ordusu da hazırda bu missiyanı yerinə yetirir.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar