Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan istefanı qəbul edib?

Dekabrın 1-də Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Mənim addımım” fraksiyasının deputatları ilə qapalı görüş zamanı istefa məsələsini qaldırıb.

Bu barədə erməni mətbuatı bu barədə yazır.

“Past” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, hadisə parlamentin iclas salonunda baş verib və hökumət başçısı təhlükəsizlik işçilərinə də oranı tərk etmələrini deyib.

İclasda Paşinyan komandasına güvəndiyini və çətin bir mərhələni aşa biləcəklərinə əmin olduğunu vurğulayıb. Buna baxmayaraq, o, bir sıra deputatların “Mənim addımım” fraksiyasından getməsinə narazılığını bildirib. O bildirib ki, başqası onu tərk etmək istəsə, bu barədə birbaşa onun özünə desin.

Qəzetin məlumatına görə, ehtiyat variant olaraq erkən seçkilərin keçirilməsi məsələsi müzakirə olunub. Paşinyan komandanın vahid namizəd ətrafında bir fikir birliyinə gələcəyi təqdirdə istefaya hazır olduğunu deyib, eyni zamanda, kimisə namizəd göstərmək istəmədiyini deyib.

Qeyd olunur ki, hazırda təxminən 20 millət vəkili hakim fraksiyadan çıxmaq istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar