Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiyaların seçki şüarları


Bəzi partiyaların şüarları hələ hazır deyil, bəziləri isə ümumi şüarlardan qaçır...


Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki şüarını bir neçə gün əvvəl açıqlayıb. Partiyanın Milli Məclisə keçiriləcək seçkilərdəki şüarı “Yeni Hədəflərə Doğru” olacaq. Seçkiyə qatılan digər partiyaların və blokların da seçki şüarını öyrənmək üçün musavat.com-un əməkdaşı bir neçə partiya və blokla əlaqə saxlayıb.

Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, müzakirə olunan şüarlar çoxdur, ancaq hələ təbliğat materialları çapdan çıxmayıb: “Şüarlardan biri ”Azad insan, azad dövlət!" şüarıdır. Bundan başqa, “Azərbaycan uğrunda!” şüarımız var. Dəqiqləşmə aparırıq, bir-iki günə plakatlar çap ediləcək".

AXP-nin sədr müavini Qiyas Sadıqov isə qeyd edib ki, onlar “Azadlıq-2015" seçki blokunun şüarlarını gözləyirlər: ”Hələ müzakirə aparılır". 

Ümid Partiyasının sədr müavini Taleh Əliyev deyib ki, onlar olduqca ciddi şüarla seçkiyə gedirlər: “Çox qısa, lakonik, mənalı şüardır: ”Sizinləyəm". İstər seçki günü olsun, istər növbəti beş ildə seçicimizin yanında olacağıq, xalqımızın yanında olacağıq. Biz bu şüarla, 17 namizədlə prosesi davam etdiririk".

KXCP-nin sədr müavini Xəzər Teyyublu da bildirir ki, onlar ayrıca seçki şüarı hazırlamayıblar: “”Azadlıq-2015" seçki blokunun vahid şüarı olmalıdır. Biz də həmin şüardan istifadə edəcəyik".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, şüarlar hələ hazır deyil: “Daha çox üç şüar üzərində dayanmışıq. ”İstiqlaldan iqtidara" şüarı keçən seçkidə də şüarımız olub. “Xilas olun!” variantı da təsdiq olunub. “Sənindir bu vətən, bu dövlət” kimi şüarımız da var. Dəqiqləşmə aparacağıq. Ola bilsin, namizədlər öz seçki şüarları ilə də seçkiyə getsinlər. Azərbaycanda seçkilər bir qədər fərqli keçirildiyindən, hər hansı şüarın uğurlu seçilməsi o qədər də rol oynamır. Amma çalışırıq ki, seçicilərin diqqətini cəlb edəcək ismarış, şüar, mesaj üzərində dayanaq". 

VHP təmsilçisi Samir Əsədli isə deyib ki, onlar vahid şüar olaraq “Nicatımız vətəndaş həmrəyliyindədir!” fikrini seçiblər: “Bizim 16 namizədimiz seçkilərə qatılıb. Vahid şüar olaraq ”Nicatımız vətəndaş həmrəyliyindədir!",- mesajını seçmişik. Amma elə namizədlərimiz var ki, 2-3 fərqli formada plakat çıxarıblar, özlərinin fərdi şüarları da var".

“Ag blok”un təsisçilərindən Tural Abbaslı qeyd edib ki, onların şüarları “Ləkəsizlik, təmizlik, şəffaflıq”dır: “Bizim 8 namizəddən dördü qeydə alınıb, ikisi regiondan, ikisi Bakıdan. Hər dairənin özünəməxsus problemləri var. O problemlərə yönəlik şüarlarımız da var”.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib ki, hər namizədin ayrıca şüarı var: “Belə qərara gəldik ki, hər namizədin ayrıca şüarı olsun. Amma ümumi loqosu və REAL-ın namizədliyinin vurğulanması şərti ilə. Məsələn, Sumqayıtdan üç namizədimiz ”Səs ver, səsiniz eşidilsin",- şüarı ilə seçkiyə gedir. 

Müxtəlif dairələrdə yaşayan insanların problemlərinə uyğun şüarlar hazırlamışıq. Məsələn, Azər Qasımlı “İnanın, dəyişikliklər olacaq”  sloqanı ilə seçkidə iştirak edir. Rəsmi rəqəmlərə görə, onun dairəsində ən aşağı iştirakçılıq var. Mən “Neft qurtardı, biz varıq!” mesajı ilə gedirəm, bu şüarla kampaniyamı quracam".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar