Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədrlərinin Quran davası davam edir


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə sərt polemikaya girib


 Polemikaya səbəb isə S.Cəlaloğlunun Qurani-Kərim haqda kitab yazması barədə açıqlamalarıdır.
 
Fazil Mustafa özünün feysbuk səhifəsində siyasətçi həmkarının sözlərinə cavab verib:

“Sərdar Cəlaloğlu adlı dünya şöhrətli alimimiz yazıb ki, bəs o, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Mən də belə bir cümləni işlədən adamın əqli problemi olduğunu yazmışam. Adam mənim bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir. Elə bilir bəlkə bu sözləri paxıllıqdan yazmışam. Yəni Quran barədə hər bir düşünən insan, hansısa alim öz mülahizə və görüşlərini yaza biilər, ancaq Quranın elmini yazmaq iddiası ilə çıxış etmək, başqalarını bilmirəm, mənə elmi dolandırıcılıq, yəni dələduzluq kimi gəldi. Çünki hətta İslam dünyasının ən nəhəng alimi sayılan İmam Qəzzali belə Quranın elmini yazdığını iddia etməyib. Sərdar Cəlaloğlu isə Quranın elmindən başqa fəlsəfə və sosiologiyasını da tamamlamaq üzrədir. Sərdar bəyin cavabında aşağıdakı cümlələri oxuyandan sonra isə, doğrusu adamla bu mövzuda müzakirəyə girdiyimə görə xeyli peşiman oldum. Biz yan-yörəmizdəki dahiləri tanımayacaq qədər geridə qalmışlarıq, deyə düşündüm”.

Fazil Mustafa qeydinin sonunda ironik şəkildə belə yazıb: “Ay gözəlim Azərbaycan, sənin qoynunda necə dahilər yetişmiş...Fərabi, Şeyx Nizami, Məhəmməd Füzuli, Sərdar Cəlaloğlu...”.
 
Qeyd edək ki, S.Cəlaloğlu F.Mustafa haqqında bunları demişdi:  "Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur. Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasına analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Ən çox oxunanalar