Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentin komitə sədri: "Narkotik istifadəçilərinin sayı ilbəil artır"

"Narkotiklə mübarizə çərçivəsində görülən işlərə baxmayaraq, statistika göstərir ki, belə insanların sayı artır".

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu bizim ölkəmizdə də, dünyada da belədir: “Narkotik istifadəçilərinin sayı ilbəil artır. Bunun bir çox səbəbi var. Əsas səbəblərdən biri də yeni çeşidli narkotiklərin dövriyyəyə buraxılmasıdır. Bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Təkcə ABŞ-da narkotikin yüksək dozasından hər il 47-48 min insan dünyasını dəyişir. İkinci tərəfdən biz bilirik ki, statistika bütün bu insanları əhatə etmir. Böyük qrup insanlar bu statistikadan kənarda qalır. Bunun həllinə kompleks məsələ kimi baxmalıyıq”.

Komitə sədri qeyd edib ki, gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır: “Dünyada bu sahədə fəaliyyət göstərən bir çox qurum var. Biz o qurumlarla da işləməli, onların təcrübəsindən yararlanmalıyıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar