Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanın keçmiş rəhbəri Rafik Nişanov vəfat edib

Qorbaçovun sağ olan sonuncu müşaviri və Özbəkistan Kommunist Partiyasının keçmiş rəhbəri Rafiq Nişanov vəfat edib…

PİA.az xəbər verir ki, bu barədə Özbəkistanın “Nuz” nəşri məlumat yayıb. Xəbərdə bildirlir ki, sovet dövlət xadimi, diplomat Rafiq Nişanov 97 yaşına dörd gün qalmış vəfat edib.

Siyasətçinin ölümü ilə bağlı məlumatı öz teleqram kanalında Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin də təsdiqləyib.

“Rafiq Nişanov dünyasını dəyişib. Onun 96 yaşı var idi. O, şübhəsiz ki, dövrünün parlaq adamı idi. Onun çoxlu tanınmış dostları var idi, onlardan birincisi Yevgeni Primakov idi”, deyə rus senator yazıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Nişanovun vəfatı ilə bağlı başsağlığı verib:

“Rafik Nişanoviç öz vətəninin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verib. Mən Rafiq Nişanoviçi mənə “böyük diplomatiyaya” bilet verən müdrik böyük yoldaş və mentor kimi yüksək qiymətləndirirdim”, Rusiya Xarici İşlər Nazirliyinin teleqram kanalında bildirilir.

Nişanov son illər Moskvada yaşayırıb. TASS xəbər verir ki, onun harada dəfn ediləcəyinə ailəsi qərar verəcək: Moskvada, Özbəkistanda və ya Cenevrədə həyat yoldaşının yanında…

Rafiq Nişanov 1926-cı il yanvarın 15-də Daşkənd yaxınlığında anadan olub. Daşkənd Axşam Pedaqoji İnstitutunu bitirib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1951-ci ildə Özbəkistan SSRİ-də partiya fəaliyyətinə başlayıb. 1970-ci ildə diplomatik işə keçib, SSRİ-nin Şri-Lankada (1970-1978) və eyni zamanda Maldiv adalarında səfiri olub. Nişanovun Şri-Lanka diplomatik missiyasına rəhbərlik etdiyi dövrdə Rusiyanın gələcək xarici işlər naziri Sergey Lavrov onun rəhbərliyi altında köməkçi kimi çalışıb. 1978-ci ildə İordaniyaya səfir təyin edilib.

1985-ci ildə Nişanov Özbəkistan SSR Xarici İşlər Naziri, 1986-cı ilin dekabrından 1988-ci ilin aprelinə qədər Respublika Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutdu. 1988-ci ilin yanvarında Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edib.

1989-cu ildə Nişanov Moskvaya işləməyə köçürülüb. O, “Oqonyok” jurnalına müsahibəsində bildirib ki, əvvəlcə Mixail Qorbaçovla söhbətində paytaxtda işləmək təklifindən imtina edib, lakin o, israrlı olub. Siyasətçinin sözlərinə görə, Siyasi Büronun iclasında baş katib imtinaya cavab olaraq deyib: “Sən partiya əsgərisən? Sizi səfərbər edəcəyik!”

1989-cu ilin iyununda Nişanov SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri oldu. Məhz o, Xalq Deputatlarının IV Qurultayında SSRİ-nin yaradılması haqqında 1922-ci il müqaviləsini əvəz etməli olan yeni ittifaq müqaviləsinin layihəsini oxuyub. 1991-ci ilin sentyabr-noyabr aylarında Qorbaçovun müşaviri vəzifəsində çalışıb.

2021-ci ildə Rusiya prezidenti Vladimir Putin dövlət qarşısında xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə Nişanovu Aleksandr Nevski ordeni ilə təltif edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar