Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ovannisyan Şuşada hələ də “döyüşür”

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Artsrun Ovannisyan mənimçün əvvəllər erməni ordusunun sözçüsü kimi maraqlı idi. İndi sadəcə insan kimi, insan materialı kimi maraqlıdır. Bu adam Ermənistanın bu savaşdakı mətbu sifətidir, söz sifətidir. Adamın nə qədər sürtük sifəti olar?! Adam nə qədər həyasız olar?! Adam nə qədər utanmaz olar?! Adam nə qədər erməni olar?! Elm üçün maraqlı olmalıdır.

Adama bir az da yazığım gəlir. Adam nə qədər küt və bunu bilə-bilə özündənrazı olar?! Adam bilə-bilə nə qədər yalan danışar?! Adam buna nə qədər məcbur qalar, məcbur edilər?! Bu da özünə maraqlı olmalıdır.

Savaşın getdiyi bu 43 gün ərzində Ovannisyanın hər gün bəlkə beş-altı, bəzən daha çox açıqlamasını oxumuşuq. Adam öz aləmində Azərbaycan ordusunun hər gün neçə dənə PUA-sını, topunu-tankını, günə də minimum bir təyyarəsini “vurur”, neçə əsgərini “öldürür”. Bir dəfə nə təhər havaya girmişdisə, gəmimizi də “vurub batırmışdı”. Jurnalistlər fakt istəyəndə də hər dəfə deyir “hələ hazır deyil, dəqiqləşdirmə aparırırq, sabah verərəm”. Öz aləmində qəhrəmanlıqla döyüşür... Adam ağlını itirib, xəstədir.

Erməni xəbər saytlarında cəbhədəki vəziyyətə dair istənilən informasiyanı açıb Ovannisyanın şəklini görəndə onun verdiyi açıqlamaların nədən ibarət olduğunu, oradakı cümlələrin məğzini xəbəri oxumamış təxmin edirsən: “düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olub”, “qəhrəman özünümadafiə ordumuz düşməni geri oturdub”, “düşmənin xeyli texnikası məhv edilib”, “düşmən filan yüksəkliyi almaq üçün dəfələrlə cəhd göstərsə də erməni ordusu onun hücumunu igidliklə dəf edib” və sair və ilaxır. Adamda qəribə əzbərçilik, təkrarçılıq mərəzi var. Tutuquşu da mat qalar...
Azərbaycan əsgəri Hadrutu azad edir, gedib orada Azərbaycan bayrağını qaldırır. Bunu bütün dünya mətbuatı da görür, çəkir, dünyaya göstərir, dünya da olduğu kimi qəbul edir. Amma bu “igid” Ovannisyan o dəqiqə “Facebook”dakı səngərinə atılıb həyasız-həyasız deyir ki, “Hadrut ermənilərin əlindədir, azərbaycanlıların bir qrup diversantı gizlicə ora gedib, şəkil çəkdirib, çıxıb qaçıb”.

Azərbaycan əsgəri Füzulini azad edir, gedib orada Azərbaycan bayrağını qaldırır. Bunu bütün dünya mətbuatı da görür, çəkir, dünyaya göstərir, dünya da olduğu kimi qəbul edir. Amma Ovannisyan əvvəlki statusunu kopyalayır, “Hadrut” sözünü “Füzuli” ilə əvəz edərək yenə eyni şeyi yazır.

Cəbrayıl alınanda da belə eləmişdi.
Zəngilan alınanda da belə eləmişdi.
Qubadlı alınanda da belə eləmişdi.
İndi də Şuşa...

Şuşa bizdədir! Bütün dünya eşitdi, gördü, bildi ki, bizdədir. Hamı bilir ki, bizdədir. Ermənistanda da bilirlər ki, bizdədir. Bircə bu Ovannisyan həyasız-həyasız dirəşib. Erməni ordusu adına onsuz da bir şey qalmamışdı. Şuşada isə daşı-daşı üstə qalmadı. Son məlumata görə, Şuşanın o müqəddəs torpaqlarında hazırda 800-dən çox erməni hərbçisinin və muzdlunun meyiti tökülüb qalıb. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək həmin cəsədləri yaxın saatlarda erməni tərəfinə verməyə hazır olduğunu bildirib. Ovannisyan isə hələ də “döyüşür”.

Söz yox ki, adamı haradasa başa düşmək olar. Öz xalqına bu xəbəri vermək elə də asan deyil. Amma bu qədər dirəşmək, bütün Ermənistanı axmaq yerinə qoymaq, “Şuşanı itirməmişik, bu, dezinformasiyadır” deyib at kimi üzə durmaq nə üçün? Barı indi sus. Axı ortada bundan əvvəlki acı təcrübələr var. Füzulidə deyirdi “yalandır”. Cəbrayılda deyirdi “dezinformasiyadır”. Qubadlıda deyirdi “boş söhbətdir”. Zəngilanda deyirdi “təxribatdır”. İndi isə deyir “Şuşada vəziyyət ağır olsa da, ağır döyüşlər getsə də Şuşa ətrafındakı vəziyyətə sabah aydınlıq gətiriləcək, Şuşa uğrunda döyüş sabah bitəcək”.
Yox, sabah Xankəndinin vəziyyətinə aydınlıq gətiriləcək, Xankəndi uğrunda döyüş bitəcək. Şuşa ilə bağlı məsələ aydındır.

Ovannisyanın Şuşa ilə bağlı üç gün dalbadal – noyabrın 6-da, 7-də və 8-də verdiyi açıqlamalar ümumiyyətlə tarixə, dərsliklərə düşəsi idiotluqdur. Əvvəlcə qətiyyətlə deyirdi ki, “Azərbaycan ordusu Şuşanı heç vaxt ala bilməyəcək”. Sonra intonasiyanı yavaş-yavaş dəyişməli oldu.

Gah dedi “Şuşa ətrafındakı vəziyyətimiz qənaətbəxşdir, o qədər də pis deyil, ordumuzun geri çəkilməsi taktiki manevrdir, canlı qüvvəni qoruyuruq, çünki insan həyatı hər şeydən qiymətlidir”. Gah dedi “hər hansı itki, hər hansı geriçəkilmə hələ tam məğlubiyyət deyil”. Gah dedi “hələ heç nə itirilməyib, əsas məsələ odur ki, sənin şüurun, ruhun döyüşür”. Dünən axşam səsi qəfildən titrədi, dedi “düzdür, Şuşanı müdafiə etməyə nail olduğumuzu demişdik, amma Azərbaycan yeni qüvvələr cəlb edərək şəhəri tutmağa səy göstərir”.

Bir insan kimi özü hələ heç, əynindəki zabit mundiri, podpolkovnik rütbəsi də heç. Adam həm də guya alimdir. Özü də Azərbaycan ordusunun silahlanmasından, Ermənistan ordusunun formalaşması tarixindən kitablar yazıb. Heç olmasa bu günün tarixindən, sabahın kitablarından utanıb sussaydı...

Famil Cəfərli (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Paşinyan gizli sənəd imzalayacağını 2018-də bilirdi?

Ən çox oxunanalar