Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il 6000-dən artıq müəllim işə qəbul olunub

Təhsil Nazirliyi 2018-ci ildə görülən işlərlə bağlı hesabat açıqlayıb

Hesabata əsasən, ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib.

Qeyd olunub ki, bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

2018-2019-cu tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.

Hesabatda bildirilib ki, 2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. Ötən il Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib. 2018-ci ildə 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.

Hesabata əsasən, 2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir. 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Qeyd olunub ki, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

Nazirlikdən bildirilib ki, ötən il ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.

2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar