Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlar özləri ilə sülh, yoxsa təxribat gətirirlər? - Aİ mülki müşahidəçi missiyasını Ermənistana göndərir...

Ermənistan ərazisində yerləşəcək bu missiyanın obyektiv olacağına nə qədər inanmaq olar?...

Politoloq: “Avropa İttifaqının Ermənistanla Azərbaycan sərhəd xəttində yerləşirəcək mülki müşahidə missiyasından hər hansı bir obyektivlik gözləməyə dəyməz”.

“Bu missiya Azərbaycanla Ermənistan arasında sülhə xidmət etməyəcək. Ermənistan müşahidəçilərin arxasında gizlənib, təxribatlara gedə bilər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqının Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qəbul etdiyi qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib. Bu barədə qurumun rəsmi saytında yazılıb. Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək. O da qeyd edilib ki, mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

Ermənistan ərazisində yerləşəcək bu missiyanın obyektiv olacağına nə qədər inanmaq olar və iki aylıq mandatı olan bu mülki missiya AzərbaycanErmənistan arasında sülh sazişinin imzalanmasında hansısa rol oynaya biləcəkmi? Bundan başqa Rusiyanın bu missiya ilə hər hansı bir şəkildə əməkdaşlığını mümkün hesab etmək olar?

Avropa İttifaqının mülki missiyasını PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Avropadan olan müşahidəçilər yalnız erməni maraqlarından çıxış edəcək. Vəziyyətin gərginləşdirməsinə xidmət edəcəklər”.

Rusiyanın bu missiya ilə əməkdaşlıq etməyəcəyini düşünən politoloq əlavə edib ki, Moskva Avropa missiyasının Ermənistandan çıxarılması üçün Yerəvana təzyiq edəcək:

Avropa İttifaqının Ermənistanla Azərbaycan sərhəd xəttində yerləşirəcək mülki müşahidə missiyasından hər hansı bir obyektivlik gözləməyə dəyməz. Bu, Ermənistanin təklifi əsasında reallaşır. Avropa İttifaqının mülki müşahidə missiyasının əsas məqsədi isə Ermənistanda Rusiyanın mövqeyini zəiflətməkdir.

Düşünürəm ki, Avropanın mülki müşahidəçiləri Azərbaycanla məsələdə qeyri-obyektiv yanaşma ortaya qoya bilər. Fransa prezidenti Emmanuel Makronun son bəyanatı da belə düşünməyə əsas verir. Onu da qeyd edim ki, bu müşahidəçi missiyası əsasən 40 nəfər razılaşdırılmışdı. İndi isə, 400 nəfərə kimi sayı artıb. Təbii ki, müşahidəçilərin sayının artması sülhə xidmət etmir. Ermənistan bunu istəyibsə, demək Azərbaycana qarşı xain planı var. Sülh bağlamaq istəyən dövlət belə bir addım atmamalıdır.

Rusiya da Ermənistanın atdığı bu addımdan narahatdır. Çünki Azərbaycanla sərhəddə Rusiya öz hərbiçilərini yerləşdirmək istəyirdi. Buna görə də Avropanın missiya müşahidəçilərinin Ermənistana gəlməsini Moskva qəzəblə qarşıladı. Rusiya bu məsələ ilə bağlı artıq Ermənistana təzyiqlər edir.

Məhəmməd Əsədullazadə: “Düşünürəm ki, bu missiyanın əsas vəzifəsi sülh prosesini pozmaq, ya da ləngitməkdir. Ermənistanın istəyi də elə budur”.

Bu missiya Azərbaycanla Ermənistan arasında sülhə xidmət etməyəcək. Ermənistan müşahidəçilərin arxasında gizlənib, təxribatlara gedə bilər. Hazırda Ermənistan Kəlbəcər istiqamətində yenidən artilleriya vasitələri və hərbiçilərini yerləşirir. Düşünürəm ki, Azərbaycan Ermənistan tərəfinin yeni təxribatlarına hazır olmalıdır. Avropadan olan müşahidəçilər yalnız erməni maraqlarından çıxış edəcək. Vəziyyətin gərginləşdirməsinə xidmət edəcəklər. Ona görə də düşünürəm ki, bu missiyanın əsas vəzifəsi sülh prosesini pozmaq, ya da ləngitməkdir. Ermənistanın istəyi də elə budur.

Avropa İttifaqı xüsusilə, Azərbaycanla olan iqtisadi münasibətə görə buna getməməli idi. Lakin görünür ki, Makronun ermənidən daha çox “erməni” olan Brüsselə təzyiqlərini öz işini görür. Amma Rusiya bu missiya ilə əməkdaşlıq etməyəcək və Avropa missiyasının Ermənistandan çıxarılması üçün Yerəvana təzyiq edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Ən çox oxunanalar