Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Omikron”un alt növü ciddi xəstəliklər törədə bilər

Yaponiyada aparılan yeni araşdırmada "omikron" ştamının "BA.2" adlı alt növünün ciddi xəstəliklərə səbəb ola biləcəyi müəyyən edilib.

virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, elm adamları BA.2 növünün Alfa, Delta kimi əvvəlki mutasiyalardan daha təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Araşdırmada BA.2-nin Delta da daxil olmaqla COVID-19 infeksiyasının əvvəlki variantları qədər ciddi xəstəliklərə səbəb ola biləcək xüsusiyyətlərə sahib olduğu aşkarlanıb. Alimlər həmçinin BA.2 variantının omikron kimi vaksinlərə qarşı dözümlü olduğunu da qeyd ediblər. Buna görə də üçüncü - gücləndirici dozun əhəmiyyətli olduğu da bildirilib.

Ohiodakı Cleveland Klinikasının mikrobiologiya şöbəsinin rəhbəri Daniel Roads bildirib ki, bu vəziyyətdə BA.2 omikrondan daha təhlükəli virus sayıla bilər. Yəni daha sürətlə yayıla, ciddi xəstəliklərə səbəb ola bilər.

BA.2 variantını Çinin Uhan şəhərində meydana çıxan orijinal koronavirusla qarşılaşdırdıqda BA.2-nin olduqca mutasiyaya məruz qaldığı bəlli olub. Bununla yanaşı, BA.2 orijinal omikron ştamından fərqli onlarla gen dəyşikliyinə sahib olması ilə əvvəlki Alfa, Beta, Gamma ve Delta variantlardan fərqli xüsusiyyətlərə malikdir.

Araşdırmanı davam etdirən Tokio Universitetinin əməkdaşı Kei Satonun sözlərinə görə, tapıntılar sübut edir ki, BA.2 bir omikron növü olaraq qəbul edilməməlidir. Sato Amerikanın CNN kanalına bildirib ki, BA.2 “gizli omikron” adlandırılır. Bunun səbəbi PCR testlərində omikronda olduğu kimi bir S- gen hədəf səhvi olaraq görünməməsidir. Laboratoriyalarda bu variantı tapmaq üçün daha çox müayinələr aparılmalıdır. “BA.2 variantını müəyyən etmək üçün bir üsul yaratmaq bir çox ölkənin edəcəyi ilk iş olmalıdır”, - mütəxəssis əlavə edib.

Daha əvvəl aparılan araşdırmalarda BA.2 variantının omikrondan daha yoluxdurucu olduğu müəyyən edilmişdi. İndiyə qədər 74 ölkədə aşkarlanan variantın omikrona nisbətən 30-50 faiz arası daha yoluxdurucu olduğu bəllidir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzləri ehtimal edir ki, koronavirusa yoluxan hər yüz nəfərdən 4-də BA.2 variantının yaratdığı infeksiyalar var.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji hesabatına görə, ən azı 10 ölkədə BA.2 variantı daha dominant olub. Bu ölkələrin - Banqladeş, Çin, Danimarka, Hindistan, Nepal, Pakistan ve Filippin olduğu açıqlandı.

Cənubi Afrika və İngiltərə kimi ölkələrdə BA.2 variantına yoluxmalarla yanaşı xəstəxanaya yerləşdirənlərin də sayı artır. Ancaq ÜST bildirir ki, BA.2 variantı ən çox Danimarkada yayılıb, xəstəxanalara müraciətlər, ölümlər artıb.

Yeni araşdırmada BA.2-nin omikronun orijinal versiyası olan BA.1-dən daha sürətli hüceyrələrdə özünü təkrarlaya bildiyini aşkar edib. Bununla yanaşı, hüceyrələrin bir-birinə yapışmasını təmin etməkdə daha müvəffəqiyyətli olduğu aşkarlanıb. Bu, virusa BA.1-dən daha böyük hüceyrə yığınları yaratmağa imkan versə də, daha çox nüsxə çıxara bildiyi üçün daha çox da narahatlıq yarada bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay