Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Omikron”, yoxsa qrip? Son günlər geniş yayılan virusla bağlı açıqlama

İnsanlar xəstəliyin simptomlarının koronavirusla üst-üstə düşdüyünü, paralel olaraq sümüklərinin də ağrıdığını deyirlər...

Son iki həftə ərzində uşaq və böyüklər arasında boğaz ağrısı, hərarətlə müşahidə edilən virus yayılıb. Virus bir anda boğaz ağrısı ilə başlayır və günlərlə davam edir.

İnsanlar xəstəliyin simptomlarının koronavirusla üst-üstə düşdüyünü, paralel olaraq sümüklərinin də ağrıdığını deyirlər.

Lakin COVID-19 testi verənlərin böyük əksəriyyətinin nəticəsi neqativ çıxır. Bəs bu virusdan necə qorunmaq olar?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Oxu.Az-a açıqlamasında bildirib ki, bu tamamilə təbii bir haldır:

“Hər il payız-qış mövsümündə hava-damcı yoluxma üsulu ilə yayılan kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayı artır. Bunlar ayrı-ayrı infeksiyalar olsa da, klinik mənzərəsi oxşardır. Yəni qeyd edildiyi kimi əsasən yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri - burun axması və ya tutulması, asqıraq, öskürək, boğaz ağrısı və s. ilə yüksəlmiş və ya normal hərarət fonunda özünü büruzə verir.

Eyni zamanda yeni koronavirus infeksiyasının “Omikron” ştammı oxşar simptomlarla müşayiət olunur və bunları bir birindən ayırmaq üçün laborator testin aparılması zəruridir. Beləliklə, həmin testlərin mənfi nəticəsi əksərən COVID-19-u inkar etməyə imkan verir.

Hər iki halda virus infeksiyasına bakterial infeksiya da qoşula bilər. Bu halda xəstəlik daha da uzanır və onun gedişi müəyyən qədər dəyişir. Bununla belə, bu iki infeksiyanın eyni yoluxma mexanizmləri olduğu üçün qorunma tədbirləri də eynidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Nəcməddin Sadıqov Bakıda at yarışlarını izləyir - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay