Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman: "I Qarabağ müharibəsində qaçqın və məcburi köçkün düşənlərin 52 faizi qadınlardır"

"Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir"...

"Report" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, eyni zamanda, itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olub: "Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür".

S.Əliyeva əlavə edib ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusu sıralarından bir nəfər də olsun fərarilik etməyib: "Bu da qadınlarımızın bir ana olaraq onları necə yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi böyütdüyünü, təlim-tərbiyə verdiyini parlaq şəkildə təsdiq edir. Bundan əlavə, qadınlarımız Ordu quruculuğu prosesinə də öz töhfələrini verib və hətta tarixi Zəfərin əldə olunmasında xüsusi fədakarlıq nümunələri göstəriblər".

Ombudsman bildirib ki, insan hüquqlarını ali dəyər kimi qəbul etmiş bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da qadınların hüquq və azadlıqlarının təmini məsələlərinə, onların ölkənin inkişafındakı rolunun dəstəklənməsinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqət yetirilir: "Hazırda qadın hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq müqavilələr ölkəmiz tərəfindən ratifikasiya edilib, bu sahədə geniş qanunvericilik bazası formalaşdırılıb, aidiyyəti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulub".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar