Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oba market” əhalini belə zəhərləyir - Foto, Video fakt

“Oba market” əhalini belə zəhərləyir...

Poliqon xəbər verir ki, TvPress.Az internet qəzetinin əməkdaşlarından biri “Veysəloğlu” MMC-yə daxil olan “Oba” marketlər şəbəkəsinin Bakı şəhəri, Yeni Salyan şossesində, Jurnalistlər binasının həyətində yerləşən mağazasından “ELHAY MMC”-nin istehsalı olan “Şafran” markası adı altında satılan 2 paket yulaf yarması alıb. Yarmanı evdə südlü sıyıq kimi hazırlamaq istəyərkən yeməyin üzərində çox sayda qurdların olduğunu görüb. Daha sonra paketə göz gəzdirəndə paketdəki yarmanın içində də xeyli canlı qurdların hərəkət etdiyini görüb. Əməkdaşımız bunu foto və video formada qeydə alıb.

Qəribədir ki, istehsalçı ( “ELHAY MMC”) Xırdalan şəhərində yerləşir, sifarişçi (“Oba Retail Chain” MMC) Sumqayıt şəhərində, satıcı isə (Oba market) Bakıda Bayıl zonasındadır. Demək bu məhsul uzun müddət bu 3 şəhəri fırlanıb, satılmayıb qalıb deyə hər dəfə başqa marketinizə göndərirsiniz və qiymətini də bir az ucuz edib imkansız insanlara sırımağa çalışırsınız. Əlbəttə, bu bir neçə manatı itirməyə və belə xarab məhsulu zibilliyə artmağa heyfiniz gəlir, amma günahsız insanları, körpələri zəhərləməkdən çəkinmirsiniz.

Qeyd edək ki, son vaxtlar “Oba market” şəbəkəsi ilə bağlı şikayətlər və problemlərin ardı-arası kəsilmir. İşçilərin amansız istismarı, rəf qiymətləri ilə kassa qiymətləri arasında müştərilərin zərərinə ciddi qiymət fərqinin qoyulması, vaxtı keçmiş məhsulları yenidən paketləyərək yeni tarix vurulub satılması və bu kimi məsələlər mediada və sosial şəbəkələrdə dəfələrlə sərt tənqid olunsa da, şirkət rəhbərliyi bunları heç eyninə də almayıb, həmin qanunsuzluqları davam etdirməkdədir.

Son hadisə isə lap unikaldır. Şirkət o qədər arxayındır ki, Jurnalistlər binasının həyətindəki mağazasında -yüzlərlə jurnalistin gözü qarşısında və həmin xarab məshulları onlara sataraq hər gün bu tip qanunsuzluqları edir.

Düşünürlər ki, media rəhbərlərinə etdikləri “hörmət”, verdikləri reklam səbəbindən onların bu cinayətlərini ortaya çıxaran olmayacaq.

Xeyr cənablar, yanılırsınız, heç də bütün jurnalistlər, bütün media orqanları belə deyil. Bu məsələləri ortaya çıxaracaq cəsarəti özündə tapan və əhalini zəhərləmənizə qarşı mübarizə apara biləcək jurnalistlər də var.

Yaxşı, biz başa düşürük ki, bu ölkədə qida təhlükəsizliyi ilə məşğul olan orqan yoxdur. Bu adda rəsmi və formal olaraq nəsə bir agentlik olsa da, onun faktiki olaraq yox olduğunu rahatca deyə bilərik.

Lakin bu o demək deyil ki, siz bundan istifadə edib əhalini zəhərləməlisiniz və heç kim də səsini çıxarmayacaq. Hələ ki, vicdanlı jurnalistlər var və sizin bütün bu əməllərinizi ortaya qoyacağıq.

Bəsdirin, insanları aldatdınız, işçiləri minimum əməkhaqqına fasiləsiz istismar etdiniz, əhaliyə xarab və təhlükəli məhsul satdınız. Biz başa düşürük, biznesin vicdanı olmur, onun üçün yeganə dəyər puldur.

Amma əhalinin yoxsul təbəqəsinə hər cür zir-zibili qida adına satıb daim gəlir əldə edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bir gün bu insanlar bezib sizi baykot edəcəklər və heç bir məhsul almayacaqlar.

Bu faktla bağlı materiallar tərəfimizdən məhkəməyə və müvafiq dövlət orqanlarına təqdim ediləcək. Əvvəl-axır bütün bunlara görə cavab verməli olacaqsınız. Həm də, təkcə siz yox, istehsalçı “ELHAY MMC” də.

Elçin Bayramlı - Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist 

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar