Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: İki ay ərzində Rusiyadakı “Vaqner” qəbiristanlığı bir neçə dəfə böyüyüb…

Eyni zamanda Ukraynada döyüşlərdə ölən muzdluların bəziləri yandırılıb…

Ukraynada döyüşən “vaqnerçi”ləri dəfn etmək üçün istifadə etdiyi qəbiristanlığın ölçüsü son bir neçə ay ərzində sürətlə böyüyüb.

PİA.az xəbər verir ki, bu barədə The New York Times şahidlərin ifadələrinə, peyk şəkillərinə və internetdə yayımlanan video görüntülərə əsaslanaraq yazıb.

Qəzet yanvarın 24-də peykdən çəkilmiş fotoşəkildə “Vaqner” muzdlularının dəfn olunduğu qəbiristanlıq ərazisində 170-ə yaxın yeni məzarlıq yeri göstərir. Nəşr qeyd edir ki, noyabrda peykdən çəkilmiş şəkillərlə müqayisədə bu statistika təxminən 7 dəfə artıb.

Qeyd edilir ki, Molkin kəndində qrupun əsas təlim mərkəzinin yaxınlığında “Vaqner” qəbiristanlığının mövcudluğu ilk dəfə dekabr ayında Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Vitali Votanovski tərəfindən yazılıb. O, “The Times” qəzetinə deyib ki, Ukraynadakı döyüşlər zamanı rusların ölümünü sənədləşdirmək üçün qəbiristanlıqları ziyarət edib. Əgər yerli sakinlər bu ərazinin “Vaqner” döyüşçülərinin sahibsiz cəsədlərinin basdırılması üçün istifadə edildiyini ona bildirməsəydilər, qəbiristanlığın yeri naməlum qala bilərdi. Bir neçə səfər zamanı o, getdikcə daha çox məzarların şəklini çəkib və bu şəkilləri Telegram kanalında paylaşıb.

Votanovski bildirib ki, hətta məzardan da çox ölü ola bilər. Xüsusilə də yerli sakinlər ona bildiriblər ki, çox güman ki, muzdluların çoxunun cəsədi yandırılıb.

Ötən ilin sentyabrında yayımlanan videoda Priqojin Rusiya həbsxanasında məhbusları işə götürərkən qəbiristanlığın mövcudluğuna eyham vuraraq, döyüşdə öləcəkləri təqdirdə onların qalıqlarına hörmətlə yanaşılacağını vəd edib.

Daha sonra kremlyönlü media muzdluların liderinin qəbiristanlıqdakı məzara gül qoyduğunu əks etdirən bir neçə video yayımlayıb. Həmin videolarda təzə qazılmış qəbirlərin cərgələri də görünür, hər bir qəbir isə “Vaqner” loqosunun forma və rənglərində çələnglərlə bəzədilib. Qəbir daşlarına yazılan adların əksəriyyəti Rusiyada cinayət törətməkdə təqsirli bilinən şəxslərin məlumat bazasında olub.

“Yəqin ki, Ukraynanın Baxmut və Soledar şəhərləri ətrafında gedən döyüşlərdə ölənlər çox olub, burada muzdlular və rus hərbçiləri son 4 ayda ağır itki veriblər”, deyə qəzet qeyd edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar