Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu kitabları oxu”


PİA.AZ modern.az-a istinadən “Bu kitabları oxu” adlı yeni rubrikasını davam etdirir


Rubrikada mütaliəsinə görə seçilən şəxslər özlərinin sevdiyi və başqalarına tövsiyə etdiyi kitab onluğunu tərtib edir və o kitabların oxunmasının vacib olmasının səbəblərini açıqlayırlar.

Bu dəfə yazıçı-kulturoloq Aydın xan Əbilov özünün ən çox sevdiyi onluğu təqdim edir:

  “Gənclərin intellektual-estetik zövqü o qədər pisləşib ki, onlara nisbətən böyük nəslin nümayəndəsi olaraq dünya səviyyəsində qəbul olunan kitabların onluğunu məsləhət görməkdə çətinlik çəkirəm. Fəqət, aşağıdakı ümimiləşdirilmiş əsərlərin adını qeyd edə bilərəm. Əlbəttə, imkan olsaydı, bu siyahıya Nitşe, Darvin, Marks, Lenin, Saramaqo, Bulqakov, Tolstoy, Kamyü, Sartr, Markes, Orxan Pamuku da əlavə edərdim, fəqət, tövsiyə üçün istənilən on əsəri qeyd edirəm:      
1. Səmavi kitablar - “Avesta”, “Tövrat”, “İncil” “Qurani-Kərim”.


2. Eposlarımız – “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və məhəbbət dastanlarımız.

3. Qədim Yunan və Roma ədəbiyyatı, fəlsəfəsi və elmi əsərlər müntəxəbatı.  

4. Qədim və orta əsrlər Şərq fəlsəfə külliyyatı - sufizm, panteizm, hürifizm mətnləri.  

5. Nizami Gəncəvinin “Xəmsəsi” - Azərbaycan insanı üçün lazım olan sivilizasiya şifrələrinin poetik-ədəbi xəzinəsi olduğuna görə.  

6. Hindistan və Çin fəlsəfəsi.

7. Qərb və Avropa orta əsrlərdən buyanakı fəlsəfi külliyyatları.  

8. Migel de Servantesin “Don Kixot” romanı: dünyanı dəyişmək istəyən hər kəsin ədəbi-fəlsəfi manifesti olaraq bu kitab mütləq oxunmalıdır.  


9. F.Dostoyevski: “Karamazov qardaşları” romanı - psixoanalitik təfəkkürün çeşməsi olduğundan bu roman hər kəsin stolüstü kitabı olmalıdır.  

10. X.L.Borxesin şeirlərindən başqa bütün ədəbi-fəlsəfi əsərləri.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar