Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist: “Övladımı anama görə itirdim“



83 yaşlı Safura Eldarova qızı əməkdar artist Nəsibə Eldarova barədə şok faktlar açıqlayıb


Doğma ana-balanın  problemi o dərəcəyə gəlib çatıb ki, Nəsibə xanım evi tərk etməli olub. Nəsibə xanımın anası iddia edir ki, qızı onu döyüb, evini əlindən alıb və onu baxımsız və çarəsiz vəziyyətdə Bayılda ona aldığı daxmada yaşamağa məhkum edib. Səfurə xanımın tək istəyi mülkün onun adına keçirilməsidir. Ağciyər xəstəsi olan ağbirçək deyir ki, qızın ondan uzaqlaşmağında səbəb də məhz budur. Əməkdar artist Nəsibə Eldarova isə övladını anası ucbatından itirdiyini deyir və onu heç vaxt bağışlamayacağını etiraf edib. ATVxəbər.az-a müsahibə verən aktrisa məsələyə aydınlıq gətirib:

-Necəsiz Nəsibə xanım?

-Eh... Necə ola bilərəm, qızım.

-Nəsibə xanım, ananız haqqınızda  məlumatınız var yəqin ki, nələr deyib...

-Bilirsiniz, mən heç vaxt ona cavab verməmişəm, heç indi də cavab verməyəcəm. Ayıb olar mənə... Mənim bu yaşımda başıma oyun açır. Heç cavanlıqda da ona cavab verməzdim, həmişə ondan çox qorxmuşam. Amma indi yaş dövrümlə əlaqədardır, yəqin ki, mən ona tabe ola bilmərəm.

-Nə edirdi ki, qorxurdunuz?

Çox zəhmli olub. Heç vaxt mənə övladı, qızı kimi yanaşmayıb. Həmişə zəhmli , qışqır-bağırlı biri olub. O mənə heç vaxt baxmayıb, onun anası məni böyüdüb. Doğub, məni qoyub gedib anasının yanında və tək yaşayıb.

-Ümumiyyətlə,  heç vaxt birgə yaşamamısınız?

-Yox.

-Nəsibə xanım ananız iddia edir ki, onu bıçaqla hədələmisiniz, başına stəkan çırpmısınız...

-Yox, vallah özü etdiklərini boynuma qoyur. Gülməli gəlir mənə dedikləri. Dedikləri qabağında nə deyim, bilmirəm. Həmişə qarğış, qışqırıq, dava-dalaş haqqımda nalayiq ifadələr işlədərək məqsədi o olub ki, Nəsibəni rüsvay edim. Küçədə, qonşular arasında, mağazada auditoriyada haqqımda pis fikirlər səsləndirərək, özünə hörmət qazanırdı. Efirdə mənim görünməyim ona pis təsir edirdi.

-Ola bilər, Nəsibə xanım sizi qısqanıb?

-O özü üçün yaşayan adamdı. Həmişə deyirdi ki, mən niyə qocalmışam, niyə bu günə düşmüşəm. Dünənə qədər oğlanlar arxamca düşürdü. Məni qocaldan öz qarnımdan çıxan olub. Sən olmasaydın, mən belə qocalmazdım. Mənə elə gəlir ki, onda psixi problem var. Çünki o qardaşlarına qarşı da belə olub. Qabaqlar müdirimin yanına. iş yerimə gedib məni biabır etməyi xoşlayırdı. Oğlum sağ olanda ona dözürdüm. Həmişə deyirdi ki, sənin axırına çıxmasam rahatlaşmayacam. Deyirdi qanını görsəm əl çəkərəm. Allahın ayaq yolusuna gedəndə deyirdi ki, niyə mənə demədiniz? Niyə mən növbəyə dayanmalıyam.

-Nəsibə xanım bəs axı o sizlə yaşamaq istəyir.

-Qızım, o özü neçə dəfə məni evdən qovub. Mən məgər onun əlində oyuncağam. Çıx get 5 aydan sonra yenə gəl, mənə bax.  

-Nəsibə xanım oğlunuzun rəhmətə getməsində ananızmı günahkardı ?

-Bəli. Onun naləsi, qarğışı... Heç vaxt bağışlamaram. Həmişə deyir ki, əcəb oldu, oğlun öldü. Oğlum ölməmişdən iki gün qabaq da əlini qaldırıb mənə qarğış etdi. Dedim ki, bundan da pis günüm olacaq, gör nə gündəyəm. Dedi ki, hələ bu harasıdır. Gözünün yaşı qurumasın heç.

-Nəsibə xanım o sizin doğma ananızdı ?

-Yəqin ki, doğmadı. Ögry deyil. Qaynanam da həmişə deyirdi ki, düzünü de, bu sənin öz doğma qızındı ya internatdan götürmüsən. Birinci ailəmi də elə o dağıtdı, ikinci ailəm olanda isə artıq mən onu yaxına buraxmadım. Ancaq Allah onu da mənə çox gördü. Yoldaşım rəhmətə getdi.

-Ondan sonra ananız təklif etdi sizə ki, bir yerdə onunla yaşayasınız?

-Bəli, amma bir də gördüm evi satır. Amma indi mənim boynuma qoyur ki, guya mən evi satmışam.

-Bəs o deyir siz evi satıb, ona pul verməmisiniz?

-Nə pul? Özü evi satdı və 20 min verdi ki ev al. 20 minə 1 həftə ərzində nə ev ala bilərdim ki? Üstünə pul qoydum, bir ev tapdıq, aldım. Evi də qoymuşam və özüm çıxıb getmişəm. 8-ci kilometrdə bir otağı var idi. Bayılda ev aldıq.

-Deyir ev öz adınızadır. Tək istəyi evi onun adına keçirməyinizdir. Evi keçirərsinizmi onun adına ?

-Yox. Siz olsanız keçirərsiniz? Daim nə pulum olub əlimdən alıb. Mənə heç nə düşmür? Mən sabah evi satsam, həmin pulu götürüb ona-buna verəcək. Anam mənə evi ona görə satdırır ki, məşuqunun gəlininə versin. Ya da qonşu qıza Esmiraya evi bağışlayacaq. Evi satacaq, sonra yenə yapışacaq yaxmadan.

-Kimin məşuqu var anlamadım? Axı ananızın 83 yaşı var...

-Anamın. Qabaq 8-ci kilometrdə bir məşuqu var idi, indi rəhmətə gedib. Onun gəlininə verəcək,  yəqin. İndi də onlarla zəngləşir, deyir məni onlar saxlayacaq. Mən niyə evi onun adına keçirim? Deyir sənə evi ona görə vermirəm ki, sən öləndə zibil yeşiyinin yanında ölməlisən.

-Siz indi onun qaldığı evdə kommunal xərcləri özünüz ödəyirsiniz?

-Bəli ödəyirəm. Ona çətin olar axı.  57 manat aya işıq yandırır. Dolanmağı isə pensiyası ilədir. Mənim məvacibim nə qədərdisə, onun da pensiyası o qədərdir.

-Nəsibə xanım, ananız iddia edir ki, siz içki içirsiniz, siqarət çəkirsiniz.

-Mən namaz qılıram, içki içmirəm. Amma siqarət çəkirəm. Hə...

-Nəsibə xanım, bir gün ananız gəlsə, üzünüzdən öpsə, səhvi  etiraf etsə,  bağışlayarsızmı?

-Yox. Niyə onu bağışlamalıyam. Neçə dəfə olub yalvarıb, qayıtmışıq evə, səhəri zəng edib,-ona buna ki, yenə gəldi, filan-filanlar... Küçədə qalmışdılar, yalvardılar gətirdim evə. Bezmişəm artıq...

-Son olaraq, bu problemlə bağlı nə deyərdiniz?

-Bircə,  onu deyərəm ki, ailə içində olanlar şəxsidir, özəldir. Düşünmürəm ki, bunu TV kanallar cəmiyyətə nümayiş etməməlidirlər. Buna qarşıyam. Əgər nə vaxtsa ailə barışa bilərdisə də, artıq problem o qədər ictimailəşir ki, tərəflər arasında ömürlük düşmənçilik yaranır. Anam mənə həmişə pislik edib, indi də edir. Elə başa düşür ki, mənə pislik etməklə mən gəlib deyəcəm "can, qurban olum sənə?"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay