Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın sui-qəsdində şübhəli bilinən şəxs Putin və Kim Çen Inı da öldürmək istəyib

Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən amerikalı Rayan Uesli Rout Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inı da öldürmək istəyindən danışıb...

Poliqon xəbər verir ki, bu barədə Ukraynada Routla işləyən Çelsi Uolş adlı tibb bacısı məlumat verib.

The Wall Street Journal yazır ki, Uolş Routu Kiyevdə tanış olduğu “ən təhlükəli amerikalı” adlandırıb. Onun sözlərinə görə, onlar Ukrayna paytaxtının ətrafında tanış olublar. Tibb bacısı ümid edib ki, Rout ona könüllülər təşkilatına qoşulmağa kömək edəcək, amma əvəzində o, onu Maydanda Ukraynaya dəstək aksiyasına dəvət edib.

Uolş qeyd edib ki, o, həmin vaxt Routu təhlükəli hesab etmədiyi üçün etirazlarda iştirak etməyə razılıq verib. Lakin sonradan Rout Putin və Kim Çen Inı öldürmək planlarından danışmağa başlayanda onun fikri dəyişib.

ABŞ-ın Ukraynaya yardım qrupları üçün kommunikasiyalara cavabdeh olan keçmiş CIA zabiti Sarah Adams deyib ki, könüllülər arasında Rout “fırıldaqçı və bir növ füsunkar” kimi tanınır. Könüllülərə onunla əməkdaşlıq etməkdən çəkinmələri barədə xəbərdarlıq edilib.

Başqa bir mənbə deyir ki, Rout Trampın əslində Ukraynanı dəstəkləmək əvəzinə Putinlə danışıqlar aparmağa çalışmasından məyus olduğunu qeyd edib.

Rout Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa çalışıb və ölkənin beynəlxalq müdafiə legionuna əcnəbilərin cəlb edilməsində fəal iştirak edib. Bununla belə, onun fikirləri “aldanmış və qeyri-real” hesab edilmiş və onunla əməkdaşlıq etməkdən imtina ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay