Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkil Durova qarşı ittihamları absurd adlandırıb

Telegram-ın həmtəsisçisi Pavel Durovun müdafiəsi ona qarşı irəli sürülən ittihamları absurd adlandırıb...

Poliqon xəbər verir ki, müdafiə tərəfinin bəyanatı istintanq hakimi Durova qarşı altı maddə, o cümlədən səlahiyyətli orqanların tələbi ilə məlumat verməkdən imtina etməsi ilə bağlı ittiham irəli sürdükdən bir neçə saat sonra verilib.

“Sosial şəbəkənin rəhbərinin mesajlaşma xidmətindən istifadə edərək törədilən cinayət əməllərində əli ola biləcəyinə inanmaq tamamilə absurddur”, deyə vəkil David-Olivier Kaminsky France Presse Agentliyinə bildirib. Hüquqşünas vurğulayı ki, messencer hər cəhətdən rəqəmsal texnologiyalarla bağlı Avropa qanunlarına uyğun fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün səhər saatlarında istintaq hakimi Pavel Durovu qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platforma idarə etməkdə ittiham edib. İttihamda qeyd edilir ki, Durov polis xüsusi xidmət orqanları tərəfindən tələb edildikdə şifrələmə açarlarını təhvil verməkdən imtina etməklə uşaq pornosunun, narkotiklərin və fırıldaqçılığın yayılmasında iştirak edib. Bütün cinayətlər bir qrup şəxs tərəfindən törədilib və ona görə də ağır hesab olunur.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransaya gələrkən saxlanılıb. Hakimin bugünkü qərarına əsasən, o, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə götürülüb. Durov zaminə buraxıldıqdan sonra şəxsi avtomobili ilə məhkəmə binasını tərk edib. Onun Fransa ərazisini tərk etməsi qadağandır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar