Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020 seçkisi ilə bağlı Trampa qarşı yeni ittihamlar irəli sürülüb

Xüsusi prokuror Cek Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yeni ittiham irəli sürüb...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Analoji işə artıq Vaşinqton məhkəməsində baxılır. Sənədin yeni variantında cənab Trampın cinayət təqibindən qismən toxunulmazlığı nəzərə alınıb.

CNN-in istinad etdiyi ittihamnamədə deyilir ki, Donald Tramp seçkidən sonra iki ay ərzində nəticələrin saxtalaşdırıldığı və qalib gəldiyi barədə yalanlar yayıb. Ümumilikdə, söhbət səsvermənin nəticələrinə qeyri-qanuni təsir göstərmək cəhdləri ilə bağlı dörd ittihamdan gedir.

Telekanal qeyd edir ki, əvvəlki versiyada eyni ittihamlar olub. Bununla belə, yeni versiyada, qismən toxunulmazlıq haqqında qərar nəzərə alınmaqla, prezidentdən çox, Trampa “prezidentliyə namizəd” kimi istinad edilir. Eks-prezidentin Ədliyyə Nazirliyinin nümayəndələri ilə seçkilərin nəticələrini müzakirə etməsi ilə bağlı məqamlar sənəddən çıxarılıb.

Donald Tramp işə baxılmasını şərh edərkən xüsusi prokurorun hərəkətlərini seçicilərin diqqətini yayındırmaq cəhdi adlandırıb.

“Bu, sadəcə olaraq seçkilərə müdaxilə etmək və Amerika xalqını Kamala Harrisin ölkəmizə gətirdiyi fəlakətlərdən yayındırmaq cəhdidir”, deyə ABŞ prezidentliyinə namizəd “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, iyul ayında ABŞ Ali Məhkəməsi ölkənin keçmiş prezidentlərinin vəzifədə olarkən törətdikləri əməllərə görə təqib olunmaqdan əhəmiyyətli dərəcədə toxunulmazlıq saxlaması barədə qərar çıxarıb. Lakin toxunulmazlıq onun təkbaşına törətdiyi əməllərə şamil edilmir.

Hazırda Donald Tramp 2020-ci ildə Kapitoliyə hücum, məxfi sənədlərin düzgün saxlanmaması və porno aktrisa Stormi Danielsə ödənişləri gizlətmək üçün saxtakarlıq da daxil olmaqla bir neçə cinayət ittihamı ilə üzləşir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar