Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanla çoxşaxəli əməkdaşlığın əsas vektorları

Prezident İlham Əliyev: “Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib”

Bu gün Azərbaycan Respublikası qarşıya qoyduğu bütün məqsədlərə çatmaq üçün gələcəyə yönəlmiş uğurlu daxili və xarici siyasət aparır. Həmçinin dövlətimiz xarici ölkələrlələ qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, bütövlükdə dövlətlərarası münasibətlərin inkişafına öz layiqli töhfəsini verir.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrin inkişafı mühüm yer tutur. Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən ən böyük dövlətlərindən biri olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələr durmadan genişlənir.

Azərbaycan ilə Özbəkistan dövlət müstəqilliyini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etmiş və uzun illər sınaqlardan sonra indiki səviyyəyə çatmışdır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun müstəsna xidmətləri var. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı iki ölkə arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşdirilmişdir. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlərin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubileyinin qeyd edilməsində iştirak etmək üçün Daşkənddə olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfərini əlaqələrin inkişafında yeni mərhələ kimi qiymətləndirmək olar. 1996-cı ildə Özbəkistanda Azərbaycanın, 1998-ci ildə Bakıda Özbəkistanın səfirliklərinin açılması ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə növbəti töhfə oldu.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəyə çatmasında Prezident İlham ƏliyevPrezident Şavkat Mirziyoyev arasında etimad münasibətləri həlledici rol oynayır. Prezident İlham Əliyevin cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı  mətbuata verdiyi bəyanatında qeyd etdiyi kimi, qardaş ölkədə tez-tez olur: “Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib”.

Xatırladaq ki, Prezident İlham Əliyevin  Özbəkistana səfəri çərçivəsində avqustun 23-də Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Tədbirdə Prezident İlham Əliyevin və Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər. Yeri gəlmişkən, Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər.

Həmçinin, elə həmin gün prezidentlərin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev çıxışında deyib ki, biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir: “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.

Azərbaycan qardaş ölkə olan Özbəkistanla əməkdaşlığın inkişafına çox böyük önəm verir. Bu baxımdan dövlətimizin başçısının Özbəkistana bu səfəri iki ölkənin münasibətlərinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Bunu səfər zamanı prezidentlərin “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalaması, eləcə də imzalanan 10 artıq digər sənədlər bir daha təsdiq edir. Bütün imzalanan sənədlər və qəbul olunan qərarlar Mərkəzi Asiyanın aparıcı ölkələrindən biri olan Özbəkistanla əməkdaşlığın əsas vektorlarını müəyyən edir.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar