Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden xəbərdarlıq edib: Tramp hakimiyyətdən sülh yolu ilə əl çəkməyəcək...

Prezident Co Bayden Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində məğlub olacağı təqdirdə mümkün hərəkətlərini dəyərləndirib və hakimiyyətin ötürülməsinin sülh yolu ilə baş tutacağına şübhə etdiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə CBS News telekanalına müsahibəsində bildirib.

2020-ci il seçkiləri zamanı Tramp da məğlubiyyətini etiraf etməkdən imtina edib və seçkinin nəticələrinin legitimliyini şübhə altına alıb. "Tramp seçkilərdə yenidən uduzsa, 2025-ci ilin yanvarında hakimiyyətdən sülh yolu ilə əl çəkəcəkmi" sualını cavablandıran Bayden bundan qətiyyən əmin olmadığını bildirib.

"Tramp sözünü deyir. Biz onu ciddi qəbul etmirik. O, ciddidir. Açıq şəkildə deyir ki, "uduzsaq, qanlı qırğın olacaq, oğurlanmış seçki olacaq" Görün indi xalqın səs saydığı yerli dairələrdə nə etməyə çalışırlar", deyə Bayden bildirib.

Qeyd edək ki, rəy sorğularına əsasən, ABŞ-ın vitse-prezidenti Kamala Harris seçicilərin simpatiyasına görə Donald Trampı bir qədər qabaqlayır. Belə ki, milli səviyyədə Kamala Harris seçicilərin 50%-nin, Donald Trampın isə 49%-nin dəstəyinə malikdir. Adətən ABŞ prezidentliyinə namizədlər arasında seçki mübarizəsinin nəticəsini həll edən yelləncək adlanan ştatlarda indiyədək tam paritet müşahidə olunur: hər iki namizəd yerli seçicilərin 50%-nin dəstəyinə malikdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar