Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalxal şəlaləsinə baxmaq niyə pulludur?

Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur...

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunur ki, rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək ödənişlidir.

Hüquqşünas Əkrəm Həsənov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, əslində mülkiyyət məsələsidir.

"Əgər özəl mülkiyyətdədirsə və ya qanuni olaraq ərazi vətəndaşın istifadəsindədirsə, bəli, orada istədiyini edə bilər. Pulla şəkil çəkdirmək də deyə bilər, pulla giriş də. Daimi istifadədirsə, demək ki, sahibkarlıq fəaliyyəti göstərir - qazanır və vergi verir. Burada qanunsuz bir şey yoxdur.

Yox, əgər ümumi istifadədə olan ərazidirsə və qanunsuz zəbt edilibsə, onda artıq heç kimdən pul tələb edilə bilməz. Ərazi qanuni istifadəsindədirsə demək dövlət ona icazə verib. Belə halda sahibkar istənilən xidməti pullu edə bilər".

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq.

İcra Hakimiyyətinin nümayəndəsi sorğumuzs cavab olaraq bildirilib ki, həmin ərazi icarəyə verilib və sahibkar orada kommersiya fəaliyyəti ilə məşğuldur:

"Bizim o məsələlərə hər hansı bir müdaxiləmiz ola bilməz".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ən çox oxunanalar