Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev: ABŞ Fransanın Rusiyanı Normandiyaya dəvət etməmək qərarı ilə əlaqəli deyil...

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ-ın Fransanın Müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etmək üçün Rusiyaya dəvətdən imtina etmək qərarı ilə heç bir əlaqəsi yoxdur...

Poliqon xəbər verir ki, Con Kirbi bunu brifinqdə deyib

“Bildiyim qədər, bu, Fransa hökumətinin verdiyi qərardır. Qoy onlar bu barədə danışsınlar. Biz bu qərara hörmət edirik”, deyə Con Kirbi vurğulayıb.

ABŞ-ın Fransa tərəfinin qərarına münasibəti ilə bağlı sualı cavablandıran cənab Kirbi deyib: “Bir daha deyirəm: bu qərarı Fransa hökuməti verməli idi. Biz buna hörmət edirik”.

Xatırladaq ki, iyunun 6-dan 8-dək Normandiya və Brittanidə 1944-cü ilin iyununda Müttəfiqlərin Normandiyaya enişinin şərəfinə təntənəli və anım mərasimləri keçiriləcək. Ən böyük mərasim iyunun 6-da Omaha çimərliyində keçiriləcək. Burada 25 dövlət və hökumət başçısı iştirak edəcək.

Aprelin 16-da tədbiri təşkil edən “La Mission Libration” Rusiyanın mərasimə rəsmi dəvət alacağını açıqlayıb. Bir ay sonra, mayın 22-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya tərəfinin dəvəti almadığını bildirdi. Reuters mənbələrə istinadən yazıb ki, qərar Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Baydenin tədbirlərdə iştirakı ilə bağlıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ukrayna şərqlə cənub arasında mühüm forpost itirdi - Kiyevin ciddi problemləri var...

Ən çox oxunanalar