Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Vladivostokda ABŞ hərbiçisini həbs edib

Pentaqon: Rusiya ABŞ-a amerikalı hərbçinin saxlanması barədə məlumat verib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Ordusunun sözçüsü Sintiya Smit məlumat verib. Smit bildirib ki, ABŞ Dövlət Departamenti mayın 2-də Vladivostokda bir amerikalı hərbçinin saxlanılması barədə Rusiyadan məlumat alıb.

Pentaqon nümayəndəsi həbs edilən hərbiçiyə bütün lazımi konsulluq dəstəyinin göstərildiyini vurğulayıb. Xanım Smit hadisənin başqa halları barədə məlumat açıqlamayıb.

“2024-cü il mayın 2-də Vladivostokda Rusiya hakimiyyəti bir amerikalı əsgəri cinayət əməli ittihamı ilə saxlanılıb. Rusiya Federasiyası Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq saxlanılması barədə Dövlət Departamentini xəbərdar edib”, deyə Smit “RİA Novosti” Agentliyinə bildirib.

Xanım Smit vurğulayıb ki, hadisə ilə bağlı saxlanılan hərbçinin ailəsi də məlumatlandırılıb. “Bu məsələnin həssaslığını nəzərə alaraq, hazırda əlavə məlumat verə bilmərik”, deyə Pentaqon sözçüsü əlavə edib.

NBC News xəbər verir ki, amerikalı əsgərin saxlanmasına səbəb oğurluq ittihamı olub. Telekanalın məlumatına görə, hərbiçi Rusiyaya Cənubi Koreyadan gəlib.

Politico isə yazıb ki, hərbçi artıq iyulun 1-dək həbsdə qalacaq. Ağ Evin sözçüsü Con Kirbi ABŞ-ın “bu məsələdən xəbərdar olduğunu” deyib, lakin təfərrüatları da açıqlamayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar