Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib...

“Report”un məlumatına görə, Ağdam təmsilçisi İslandiya klubu “Vikinqur”la qarşılaşa bilər.

Ümumiyyətlə, yarışa I raunddan qoşulacaq 6 komanda artıq dəqiqləşib ki, onlardan yalnız Reykyavik komandası səpələnməmişlərdə yer alacaq. Digər 5 klub – “Qarabağ”, HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında qərarlaşacaqlar. “Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

TNS (Uels), RFŞ (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) və “Odrabası”nın (Qazaxıstan) səbəti qeyri-müəyyəndir.

Qurban Qurbanovun kollektivi mərhələni adlayacağı təqdirdə, II raundda da səpələnmişlərdə olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar