Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə avtomobil bir neçə il əvvəl paylaşılan görüntüyə görə duracağa aparılıb - Yenilənib + Video

2021-ci ildə paylaşılan videogörüntüyə görə duracağa yerləşdirilən avtomobillə bağlı məsələyə aydınlıq gətirilib...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə yeni paylaşılan avtoxuliqanlıq görüntüləri ilə əlaqədar həmin nəqliyyat vasitəsinin sahibi Nəbi Hüseynov polisə dəvət edilib.

“Araşdırma zamanı onun oğlu Oruc Hüseynovun etibarnamə olmadan idarə etdiyi VAZ-2106 markalı avtomobillə 2021-ci ildə rayon ərazisində avtoxuliqanlıq etdiyi  məlum olub.  Onunla profilaktik söhbət aparılıb, qanunvericiliyin tələbləri izah edilib və gələcəkdə belə hallara yol verməməsi barədə xəbərdarlıq olunub”, - M.Məsimov deyib.

***

Şəki sakininin avtomobili dörd il əvvəl paylaşılan videoya görə duracağa aparılıb. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəki rayonunun Baş Laysqı kənd sakini Nəbi Hüseynovun başına gəlib.

Avtomobilin sahibi Nəbi Hüseynov deyir ki, iki gün əvvəl idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən duracağa aparılıb.

Avtomobilinin hansı səbəbdən saxlanıldığını öyrənmək istəyən sürücüyə bildirilib ki, maşını ilə avtoxuliqanlıq edilib və bunun görüntüləri də ona təqdim olunub.

Nəbi Hüseynov bildirib ki, dörd il əvvəl lentə alınmış videoda avtomobili oğlu Oruc Hüseynov meşəlik ərazidə idarə edib və onun da sürücülük vəsiqəsi var.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, problemin araşdırılması üçün sürücü İdarənin dyp.gov.az internet saytına onlayn müraciət etməlidir.

Bundan sonra məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ən çox oxunanalar