Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Rusiyaya hərbi dəstək verməsini təkzib edir: Münaqişə bölgələrinə öldürücü silah satmırıq...

Çin Ukrayna sülh formulu ilə bağlı İsveçrədə keçiriləcək sammitdə iştirak imkanını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə İsveçrənin Neue Zuercher Zeitung nəşrinə müsahibəsində Çinin İsveçrədəki səfiri Van Şıxtin bildirib.

"Çin sülh danışıqlarının təşviqinin tərəfdarıdır və həmişə buna sadiq olub. Biz böhranın daha da pisləşməsinin və hətta nəzarətdən çıxmasının qarşısını almalıyıq. Biz İsveçrənin ev sahibliyi edəcəyi Ukrayna konfransını diqqətlə izləyirik və orda iştirakın mümkünlüyünü nəzərdən keçiririk", deyə o vurğulayıb.

Çin nümayəndəsi əlavə edib ki, münaqişənin gərginliyini azaltmaq üçün Rusiya və Ukraynanı mümkün qədər tez birbaşa dialoqu bərpa etməyə təşviq etmək lazımdır. Səfir əlavə edib ki, sanksiyalar münaqişəni dayandıra bilməz, onlar yalnız yeni problemlər yaradır.

"Münaqişə başlayandan Çin həmişə sülh danışıqlarını dəstəkləyib... Biz həqiqətən ümid edirik ki, yaxın gələcəkdə sülh bərpa olunacaq və obyektiv həll tezliklə tapılacaq", deyə səfir vurğulayıb.

Çinin Rusiyaya hərbi dəstək verib-verməməsi ilə bağlı sualı cavablandıran Çin səfiri bu cür ittihamları əsassız və çox ədalətsiz adlandırıb.

"Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə Çinin xarici işlər naziri Van Yi vurğulayıb ki, Çin siyasi qərara sadiqdir, sülh danışıqlarını təşviq edir, atəşə benzin qatmır və Çin münaqişə bölgələrinə və tərəflərə öldürücü silah satmır", deyə səfir əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar