Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşüb...

Poliqon xəbər verir ki, görüşdə V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının önəmi qeyd olunub.

Azərbaycanın BMT-nin müxtəlif təsisatları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.

İİV/QİÇS ilə mübarizənin Azərbaycanın milli səhiyyə strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilib.

Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə mübarizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyi ilə həyata keçirilir.

Görülən tədbirlər nəticəsində Azərbaycanın yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığı qeyd edilib. Həmçinin Azərbaycan Respublikası ilə UNAIDS arasında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar