Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - Foto

Yol hərəkəti qaydalarının pozulması, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur...

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Dayanma-durma və parklanma yerləri ilə bağlı problemlər Bakıda sürücülərin uzun illərdir həllini gözləyən dərdləri sırasındadır.


Maraqlıdır, cəzaların sərtləşdirilməsi ilə problemin aradan qaldırılmasına nail olmaq mümkündürmü?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, veriləcək qərar daha çox, avtomobillərin avtobus zolaqlarında qanunsuz park edilməsi ilə bağlı ola bilər:

Bakının mərkəzi hissələrində universitetlərin, məktəblərin, restoranların olması digər ərazilərə nisbətən sıxlığı daha da artırır. Günün müəyyən vaxtlarında avtobus və velosiped zolaqları, hətta səkilər zəbt olunur. Mütləqdir ki, xüsusən, avtobus zolaqlarında hərəkətin rahatlığı təmin olunsun”.

O bildirib ki, dayanma-durma qaydalarının pozulmasına görə cərimə 20 manat, şəxsi avtomobillərlə avtobus zolaqlarına daxil olmağa görə isə - 40 manat təşkil edir.

Ekspertin fikrincə, bu cərimələrin məbləği artırılsa da, problemi aradan qaldırmaq mümkün olmayacaq - yəni sürücülər yenə də avtomobillərini qadağan olunan ərazilərdə saxlayacaq, yaxud park edəcəklər. Buna görə də alternativ parklanma yerləri yaradılmalıdır:

“Bu, qanunsuz parklanma ilə mübarizədə vacib addımdır. Həmçinin, yaxın zamanlarda bu məsələyə də baxılacaq”.

Açıqlama verən digər nəqliyyat eksperti Eldəniz Cəfərov isə bu fikirdədir ki, ölkəmizdə dayanma-durma, parklanma məsələləri kifayət qədər keyfiyyətlə, uğurlu tənzimlənməyib:

“Bu gün yaşayış, qeyri-yaşayış obyektlərinin heç birinin parklanma yerləri yoxdur. Heç biznes mərkəzlərinin çoxunun, xəstəxanaların belə, parklanma yerləri təşkil olunmayıb. Vətəndaş avtomobilini yolun qırağında, parklanmanın nəzərdə tutulmadığı, dayanma-durmanın qadağan olduğu yerdə saxlamağa məcbur olur. Çoxmərtəbəli, dəbdəbəli biznes mərkəzlərini tikirlər, ancaq parklanmanı nəzərə almırlar. Həmin biznes mərkəzlərinə gələnlər maşınlarını harada gəldi saxlamalı olur. Bu isə sıxlığa, tıxaclara gətirib çıxarır. Bunun bariz nümunəsi kimi Babək prospektini göstərə bilərik”.

“Buna görə də dayanma-durma qaydalarının sərtləşdirilməsinə ehtiyac var. Amma buna Dövlət Yol Polisi nəzarət etməlidir, yəni əvvəlki təcrübə olmamalıdır. Xatırlayırsınızsa, bir neçə il öncə ləğv olunmuş Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarının pozulmasına görə sürücüləri əsaslı-əsassız, dəfələrlə cərimələyirdi. Bu belə olmamalıdır.

Fikrimcə, cərimələrin artırılması çıxış yolu deyil. Parklanma yerlərinin sayı azdır, ilk növbədə bunlar artırılmalı və daha çox ehtiyac duyulan yerlərdə təşkil olunmalıdır”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar