Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı    

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır...

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2024-cü il martın 1-də başlanıb və 15 mart saat 23:59-dək internet vasitəsilə aparılır. 13 mart saat 15:20-yə olan məlumata əsasən, 99403 abituriyent öz ərizəsini təsdiq edib

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin ABŞ-ın ən böyük qorxusunu reallaşdırdı

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var - Video, Yenilənib

Azərbaycanda toyda kütləvi zəhərlənmənin detalları: Ev yiyəsi danışdı

Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq

Bakıda İran prezidenti və XİN rəhbərinin 40 mərasimi keçiriləcək - Foto

Övladı ilə söhbəti müzakirələrə səbəb olan psixoloq: "Elə bilirlər ki..." - Video

Emmanuel Makronun "yüksəlişi" "bitib" - Fransua Olland

Sel kəndlərlə rayonların əlaqəsini kəsdi - Video

Ən çox oxunanalar