Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb...

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay