Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa liderləri fikir ayrılığı şayiələri fonunda Berlində görüşəcək

Martın 15-də Berlində Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk arasında Ukrayna məsələsi üzrə strategiyanı müzakirə etmək üçün görüş keçiriləcək...

Poliqon xəbər verir ki. bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, bu, liderlər arasında “Veymar üçbucağı” formatında ilk danışıqlar olacaq.

Qəzet yazır ki, görüşün əsas məqsədlərindən biri Avropada fikir ayrılıqlarının artması ilə bağlı mətbuatda gedən xəbərlərə cavab olaraq Ukrayna böhranının həllində ölkələrin birliyini nümayiş etdirmək olmalıdır. Görüşdən sonra hər hansı sazişin və ya niyyət bəyanatının imzalanması planlaşdırılmır.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolsla Fransa prezidenti Emmanuel Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılığının olması ilə bağlı xəbərlər yayılıb. Fransa lideri daha radikal addımlar atmağa, o cümlədən NATO birləşmələrinin Ukraynaya yeridilməsinə çalışır, Almaniya kansleri daha çox ehtiyatlı mövqe tutur, Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin tədarükünə razılıq verməkdən imtina edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Ən çox oxunanalar