Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliya Haitiyə beynəlxalq sülhməramlı qüvvə göndərilməsini istəyib

Braziliya hökuməti beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının 2023-cü il oktyabr tarixli qətnaməsinə uyğun olaraq Haitiyə sülhməramlı qüvvələr göndərməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Qeyd edək ki, martın 4-də Haitinin paytaxtı Port-o-Prensdə bir neçə yüz məhbusun paytaxt həbsxanasından qaçması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Martın 3-də silahlı qruplar Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azadlığa buraxıblar. Ertəsi gün ölkə hakimiyyəti paytaxtda fövqəladə vəziyyət və komendant saatı tətbiq edib. Bu gecə, martın 5-də silahlı dəstələr Port-o-Prensin ətraflarında yerləşən Tussen Luvertür Beynəlxalq Hava Limanını ələ keçirməyə cəhd ediblər.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 2 oktyabr 2023-cü ildə Haitiyə sülhməramlı missiyanın göndərilməsi ilə bağlı qətnaməni təsdiqləyib. Sülhməramlə missiya silahlı qruplara qarşı mübarizədə iştirak etməli idi. Sənədə əsasən, missiyanın təşkilində aparıcı rol Keniyaya həvalə edilib.

2004-2017-ci illərdə Haitidə Braziliyanın rəhbərlik etdiyi silahlı missiya fəaliyyət göstərib. Ölkəyə göndərilən kontingentin tərkibinə 2366 hərbi qulluqçu və 2533 polis əməkdaşı, həmçinin mülki işçilər və BMT könüllüləri daxildir. 2017-ci ildə onları BMT-nin yeni missiyasının bir hissəsi olaraq Hindistan hərbi personalı əvəz etdi. 2019-cu ilə qədər Haitidə qalıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar