Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Əbdül: “Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır”

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq...

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) qeyd edib ki, kino ittifaqlarının birləşməsi üçün illərdir, mübarizə aparır: “Konfrans keçirilməsi mənim ideyam, təşəbbüsüm idi. Kino ittifaqlarının birləşməsi üçün illərdir ki, mübarizə aparıram. Hər iki ittifaqın sədri şəxsi maraqlarını güdür. Mənim haqqımda da nə gəldi danışırlar. Kino əsl kinematoqrafçıların mənəvi valideynidir. Cəmiyyəti və xalqı bütün dünyaya tanıdan kinodur. Çörək verənə xəyanət etmək olmaz. Kreslo insanları dəyişir. Sədrlərin heç biri bu günə qədər hansısa təşəbbüs göstərməyib.

Uzun illər mübarizə aparmışam. Məndən başqa, kinoya təmənnasız xidmət edən adam qalmayıb. 80 yaşım var. 60 ildir kinodayam”.

Ə.Mahmudov kino sahəsinin durumundan gileylənib:

“Sabah hər iki sədrə təşəkkürümü bildirəcəyəm ki, “şükür, haqqa, ədalətə gələ bildiniz”. Otuz ildir ki, kinomuz pis vəziyyətə salınıb, parçalanıb. Kino cameəsini parçalamaq olmaz. Bir kinonun adına iki ittifaq yaradılıb. Söz tapmaq olmur. Sabah konfransda çıxış edəcəyəm. Hegemonluq olmasın deyə ittifaqın nəzdində tam müstəqil şəkildə ya ağsaqqallar şurası, ya da məsləhət şurasının yaradılmasını təklif edəcəyəm. Bunlar sırf kino adamlarından ibarət olmalıdır.

Dövlət maliyyə vəsaiti ayırır. Lakin şəxsi maraqlarından əl çəkməyənlərə görə kino geridə qalıb. Şəfiqə xanım (Məmmədova, ARKİ sədri - red.) ittifaqı xaraba qoyub. Pulları geri qaytarmalıdır. Bizdən əl çəksin. 80 yaşlı adamdan sədr olmaz”.

“Mən sədrliyə elə bir adamı təklif edəcəyəm ki, hər kəs təəccüblənəcək. Namizədin adını sabah açıqlayacağam”, - deyə Ə.Mahmudov əlavə edib.

Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar