Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: Hələ müharibə təhlükəsi qaldığına görə silahlanma prosesi də davam edəcək...

Cənubi Qafqazda silahlanma yarışı son sürətdə davam etdirilir...

Fazil Mustafa: “Əlbəttə, düşmən gücləndikcə biz də öz gücümüzü artırmalıyıq. Amma bütün hallarda məsələni sülhə doğru yönəltməliyik”.

“Məsələyə yekun qoymaq lazımdır ki, artıq Ermənistan-Azərbaycan münasibətləri başqalarının bəhanə edib bölgəyə daxil olmasını təmin edən bir vasitə olmasın”.

Bu sözləri millət vəkili Fazil Mustafa Cənubi Qafqazda gedən silahlanma yarışını Poliqon-a şərh edərkən qeyd edib.

Son illər Cənubi Qafqazda silahlanma yarışı son sürətdə davam etdirilir. Xüsusi ilə AzərbaycanErmənistan silahlanmanı özlərinin təhlükəsizlik problemlərinin əsas həll yolu olaraq görürlər və bunu təbii hüquqları kimi qəbul edirlər. Maraqlıdır ki, Fransa başda olmaqla bir sıra Qərb ölkələri Ermənistanın silahlanmasını yeni müharibənin qarşısını almaq cəhdi kimi dəyərləndirirlər.

Bəs, bu məntiq nə qədər doğrudur və silahlanma doğrudanmı həm də sülhü təmin edən vasitədir?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Ermənistanın ağıllı davranış sərgiləməsi o demək olar ki, sülh müqaviləsini təcili imzalasın və Azərbaycanı təkidlə bu prosesə çağırsın”.

Yerəvanın hələ də revanş əldə etməyi düşündüyünü vurğulayan millət vəkili Poliqon-a bildirib ki, ermənilərin bu niyyətləri faydasızdır, çünki artıq proseslərin geri dönmə ehtimalı çox minimum səviyyədə ola bilər:

“Təbii ki, hələ müharibə təhlükəsi qaldığına görə bu silahlanma prosesi də davam edəcək. Azərbaycan da silahlanma prosesini davam etdirməlidir və başqa yolumuz da yoxdur. Əlbəttə, düşmən gücləndikcə biz də öz gücümüzü artırmalıyıq. Amma bütün hallarda məsələni sülhə doğru yönəltməliyik. Çünki bu hər iki dövlət üçün vacibdir.

Söhbət sülh müqaviləsinin zərurətindən getmir. Söhbət ondan gedir ki, başqa ölkələrin müdaxilə etməsini, bölgədə qarışdırıcılıq fəaliyyətini dayandırmaq üçün bu vacibdir. Yəni məsələyə yekun nöqtə qoymaq lazımdır ki, artıq Ermənistan-Azərbaycan münasibətləri başqalarının bəhanə edib bölgəyə daxil olmasını təmin edən bir vasitə olmasın. Əsas bu istiqamətdə düşünməliyik. Buna görə də, biz səylərimizi artırırıq, təkliflərimizi vermişik və şərhlərimizi bildirmişik. Amma Ermənistan tərəfi bundan yayınmağa çalışır.

Fazil Mustafa: “Bu qeyri-müəyyən vəziyyət Ermənistan üçün daha fəlakətli olacaq”.

Ermənistan hələ də revanş götürmək ümidi ilə yaşayır. Yerəvan hələ də bir neçə il sonra Azərbaycanın onlara etdiyini təkrar edərək revanşı əldə etməyi düşünürlər. Amma bu da faydasızdır. Çünki artıq proseslərin geri dönmə ehtimalı çox minimum səviyyədə ola bilər. Artıq hər kəs tarixdən təcrübə götürüb.

Ermənistanın ağıllı davranış sərgiləməsi o olar ki, sülh müqaviləsini təcili imzalasın və Azərbaycanı təkidlə bu prosesə çağırsın. Əks halda bu qeyri-müəyyən vəziyyət Ermənistan üçün daha fəlakətli olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Ən çox oxunanalar