Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın XİN başçısının müavini: Küveyt ərazi bütövlüyümüzü hər zaman dəstəkləyib

Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – dövlət müstəqilliyinin 63-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib...

Poliqon xəbər verir ki, rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi dövlət müstəqilliklərinin 63-cü, işğaldan azad olunmasının 33-cü ildönümünün qeyd olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin inkişaf yolundan danışan səfir Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirərək vurğulayıb ki, Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur.

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbirdə çıxışında vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib.

Ötən 30 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir müavini qeyd edib ki, bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı əhatə edir. Onun sözlərinə görə, Azərbaycan və Küveyt beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar