Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papikyan: Fransa ilə müdafiə sahəsində əməkdaşlıq bir çox istiqamətlərdə inkişaf edir

Bu ildən Ermənistan və Fransa arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq dəqiq planlaşdırma əsasında qurulub və ondan çox sahədə inkişaf edir...

Poliqon xəbər verir ki, bunu fevralın 23-də İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə birgə keçirdiyi brifinqdə Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

“Erməni və fransız xalqlarının ümumi dəyərlərinə əsaslanan dövlətlərarası münasibətlər dövlətlərimizin başçılarının diqqət mərkəzindədir və günü-gündən genişlənir və burada müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Fransa müdafiə nazirinin Ermənistana səfəri sübutdur ki, hərbi sahədə əməkdaşlığın praktiki müstəviyə keçməsindən heç iki il keçməməsinə baxmayaraq, bizim birgə səylərimiz sayəsində artıq sistemli və genişmiqyaslı müstəviyə malikdir.

Bir neçə dəqiqə əvvəl müzakirəmizi yekunlaşdırdıq. Gündəliyimizə silahlı qüvvələrin bütün sahələri daxildir. Fransanın hərbi islahatlar, hərbi təhsil, təlim kursları, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi, eləcə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesində məsləhətlər verməkdə hərtərəfli dəstəyini xüsusilə qeyd etməliyəm.

Mən Ermənistan Silahlı Qüvvələrində müasir meyarlara cavab verən və mövcud çağırışların öhdəsindən gələ bilən Silahlı Qüvvələrin formalaşdırılması üçün nəzərdə tutulmuş islahatlar prosesini təqdim etdim”, deyə Papikyan mətbuat konfransındakı çıxışında bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar