Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə hava məkanına nəzarət üçün hazırlanan radarın tətbiqinə başlanıb

Türkiyədə yaradılaraq istehsal edilən radarlar sutkanın 24 saatı ərzində ölkənin bütün hava məkanına nəzarət etməyə imkan verəcək...

APA-nın xəbərinə görə, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu X platformasında paylaşımında bildirib.

Nazir qeyd edib ki, türk mühəndisləri tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı (MGR) Qaziantep hava limanında quraşdırılıb: “Müxtəlif ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində Türkiyənin bütün hava məkanı gecə-gündüz müşahidə olunacaq. Hava Hərəkətinin Təhlükəsizliyi üzrə Avropa Təşkilatının (Eurocontrol) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına cavab verir. Türkiyənin mülki aviasiyasının ehtiyacları üçün öz radarını yaratması hava hərəkəti təhlükəsizliyinə nəzarəti yaxşılaşdırmağa, bu sahədə xaricdən asılılığı azaltmağa və ölkənin aviasiya sektorunda texnoloji inkişafına töhfə verəcək”.

Sınaqdan uğurla keçən hava hərəkətinə nəzarət sistemi 112 km müşahidə məsafəsinə malik ilkin müşahidə radarından və 370 km müşahidə məsafəsinə malik ikinci dərəcəli radardan ibarətdir. Radar keçən il uğurla sınaqdan çıxıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar