Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrasiya Yəhudi Konqresinin prezidenti Azərbaycan liderini təbrik edib

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edim. Azərbaycan vətəndaşlarının geniş dəstəyi Sizin dövlət başçısı vəzifəsində əvvəlcədən seçdiyiniz yolun – respublikanın və onun vətəndaşlarının inkişafı, rifahı naminə kursun uğurlu olmasını təsdiq edir. Sizə Azərbaycan xalqının rifahı naminə məhsuldar fəaliyyət, respublikanın beynəlxalq və regional statusunun gələcəkdə də möhkəmləndirilməsini arzulayıram.

Azərbaycan nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu ardıcıl olaraq sübut edir. Bir tərəfdən ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən müasir dünya dəyərlərinə açıq münasibət təkcə düşünülmüş daxili siyasət yürütməyə deyil, həm də xarici əlaqələri möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan öz beynəlxalq mövqelərini sürətlə gücləndirir və dünya miqyasında əməkdaşlıq üçün ən yüksək səviyyədə platformaya çevrilir.

Cənab Prezident, İsrail Dövləti ilə ikitərəfli münasibətlərin inkişafı üzrə fəal mövqeyinizə görə Sizə minnətdarıq. Avrasiya Yəhudi Konqresi onilliklər ərzində ardıcıl olaraq İsrail-Azərbaycan əməkdaşlığının müxtəlif sahələrdə inkişafına töhfə verir, respublikanın ərazisində yəhudilərin həyat tərzini dəstəkləyir və yəhudi mədəni irsini qoruyur. Ötən il Konqresin himayəsi ilə Avrasiya Yəhudi Tədqiqatları İnstitutu “Azərbaycan yəhudiləri və dağ yəhudiləri diasporu XXI əsrin ikinci və üçüncü onillikləri astanasında” monoqrafik hesabatını dərc edib.

Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi, sülh və əmin-amanlıq arzulayıram".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay