Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çex fermerlər Avropadakı etiraz aksiyalarına qoşulacaqlar

Çex fermerləri Mərkəzi və Şərqi Avropa fermerlərinin etirazına qoşularaq ağır texnika ilə Praqaya getmək niyyətindədirlər...

Poliqon xəbər verir ki, bu barədə Çexiyanın “Novinky” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Praqada aksiya fevralın 19-na planlaşdırılıb.

Öz növbəsində Çexiyanın Aqrar Palatası xəbərdarlıq edib ki, fevralın 22-dən bütün ölkə ərazisində kütləvi etiraz aksiyaları gözlənilir.

Çexiya Aqrar Palatasının prezidenti Yan Dolezal, bildirib ki, Avropa Komissiyası problemlərin real həlli planını tez bir zamanda təqdim etməsə, sərhəd keçid məntəqələrində etirazlar davam edəcək.

Qeyd edək ki, yanvar ayından başlayaraq, Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və digər ölkələrdə Aİ-nin kənd təsərrüfatı siyasətindən narazı olan fermerlərin etirazları keçirilir. Fermerlər artan dizel qiymətlərinə, AB-nin yeni yaşıl qaydalarına və bazarlarını sulandıran idxala qarşıdırlar.

Belə ki, Polşada fermerlər Polşa-Ukrayna sərhədində yolları və beynəlxalq keçid məntəqələrinə girişləri bağlayıblar. Etirazçıların əsas tələbi Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaqdır. Fevralın 11-də polyaklar sözdən hərəkətə keçərək, Ukrayna yük maşınlarına hücuma edərək taxılı yola töküblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar