Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ildə Azərbaycanın 8 kəndi geri qaytarıla bilər?

Sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri də Ermənistan ərazisində qalan, işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır...

Politoloq: “Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesində, sərhədlərin delimitasiya və təhlükəsizliyi ilə bağlı kommisiyada da anklavlarla bağlı məsələlər müzakirə edilir”.

Ermənistanın artıq hərbi təxribatlara əl atması sülh prosesini ləngidir. Görünən odur ki, Ermənistan tərəfi sülh müqaviləsində maraqlı deyil”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanla Ermənistan arasında olan anklavlar məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, AzərbaycanErmənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri də Ermənistan ərazisində qalan, işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır. Paşinyan dəflərlə bu məsələyə toxunsa da, faktiki olaraq anklavların qaytarılması ilə bağlı heç bir addım atmır.

Anklavların gələcəyi necə görünür və bu ilin sonuna qədər Qazaxın 7 kəndinin və Sədərək rayonunun Kərki kəndinin geri qaytarıla bilmə ehtimalı varmı?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Düşünürəm ki, Qazaxın 7 kəndinin və Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması bu ilin sonuna qədər olmayacaq”.

Ermənistanda yeni konstitusiya qəbul ediləndən sonra sülh müqaviləsinin bağlana biləcəyini proqnoz edən politoloq Poliqona-a bildirib ki, ancaq bundan sonra Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndi Azərbaycana geri qaytarıla bilər:

Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesində, sərhədlərin delimitasiya və təhlükəsizliyi ilə bağlı kommisiyada da anklavlarla bağlı məsələlər müzakirə edilir. Ermənistan tərəfi Qazaxın 7 kəndini və Sədərək rayonunun Kərki kəndini Azərbaycana geri vermək istəmir və prosesi uzadır.

Düşünürəm ki, Qazaxın 7 kəndinin və Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması bu ilin sonuna qədər olmayacaq. Ermənistanın artıq hərbi təxribatlara əl atması sülh prosesini ləngidir. Görünən odur ki, Ermənistan tərəfi sülh müqaviləsində maraqlı deyil. Onlar görüntü xatirinə danışıqlar aparırlar. Ermənistan silahlanaraq şərti sərhəddə təxribatlara əl atırlar və prosesi sobataj edirlər. Buna görə də, artıq Ermənistan hakimiyyətinə etibar etmək olmur. Çünki Ermənistanın hakimiyyəti müstəqil siyasətə malik deyil.

Proses kritik vəziyyətə gəlib. Amma düşünürəm ki, Azərbaycan tərəfi anklavlarla bağlı məsələni gündəmdə saxlamalıdır. Azərbaycan bu məsələni ərazi bütövlüyü kimi qəbul edir. Buna görə də, bu proses mütləq həll olunmalıdır. Bunu Ermənistan hakimiyyəti də bilər. Azərbaycan bu kəndləri Ermənistana güzəştə getməyəcək.

Məhəmməd Əsədullazadə: “Ermənistanda yeni konstitusiya qəbul ediləndən sonra sülh müqaviləsi bağlana bilər”.

Azərbaycanla Ermənistanın konkret olaraq üzbəüz danışmasına ehtiyac var. Ya Tbilisidə, ya da sərhəddə iki ölkə arasında görüşlər keçirilməlidir. İki ölkə arasında çox ciddi məsələlər həll olunub, müəyyən detallı məsələlər qalıb. Onları da oturub danışmaq olar. Ermənistan sülh müqaviləsi ilə bağlı qeyri-obyektiv təkliflər irəli sürür. Əsas məsələ olaraq da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Onu da qeyd edim ki, Ermənistanın konstitutsiyasında da dəyişiklik olmalıdır. Hesab edirəm ki, sülh müqaviləsindən sonra delimitasiya və demarkasiyası prosesi reallaşa bilər. Yəni Ermənistanda yeni konstitusiya qəbul ediləndən sonra sülh müqaviləsi bağlana bilər. Bundan sonra isə Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndi Azərbaycana geri qaytarıla bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar