Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” İB öz abonentlərinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, bəs bu vəzifəni yerinə yetirirmi?

Qurumun veb saytında istehlakçıların qazdan istifadə etdiyi zaman təhlükəsizlik tədbirləri ilə bağlı məlumat belə yoxdur...

Eldəniz Vəliyev: “Saytımızda abonentlərin də başa düşə biləcəyi səviyyədə məlumatlar yerləşdiriləcək”.

“Gün ərazisində mütəmadi olaraq, 10 sayta, digər tv və radiolara bununla bağlı informasiyalar veririk”.

Poliqon xəbər verir ki, bunu “Azəriqaz” İstehsal Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib.

Məişətdə və sənayedə qazdan təhlükəsiz istifadə qaydalarının pozulmasının faciəli sonuclarının şahidi olmaqdayıq. Son bir neçə ayda mediada qazdan düzgün istifadə edilməməsi nəticəsində çoxlu sayda qəzalara, dəm qazından zəhərlənmə və boğulmalara dair xəbərlərə mütəmadi rast gəlinir.

Qeyd edək ki, ötən il iyunun 25-də Baş nazir Əli Əsədovun imzası ilə “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilib. Məişətdə və sənayedə qazdan təhlükəsiz istifadə ilə bağlı bütün hüquqi məsuliyyət qazpaylayıcının, yəni Azəriqaz İB-nin üzərinə qoyulub. “Azəriqaz”ın isə bu sahədə maairfləndiilrmə və təbliğat işi isə elə də diqqət cəlb eləmir. Hətta qurumun veb saytında belə istehlakçıların qazdan istifadə etdiyi zaman təhlükəsizlik tədbirləri ilə bağlı məlumat belə yoxdur.

Azəriqaz İB son aylarda maairfləndiilrmə ilə bağlı hansısa təbliğat kampaniyası həyata keçiribmi? Ümumiyyətlə bunula bağlı “Azəriqaz” İB-nin hansısa tədbirlər planı olubmu?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı “Azəriqaz” İstehsal Birliyinin mətbuat katibi Eldəniz Vəliyevə müraciət edib.

Eldəniz Vəliyev: “Yanvardan “Azəriqaz” İstehsal Birliyi bu işin texniki müayinələrinə həmin qaydalara əsaslanaraq fəaliyyətini qurmağa başlayıb”.

Qurumun təhlükəsizlik qaydaları ilə bağlı mütamadi olaraq marifləndirmə təbliğatını apardığını qeyd edən mətbuat katibi Poliqon-a bildirib ki, “Azəriqaz” İB-nin saytında da mərhələli şəkildə təhlükəsizlik qaydaları ilə bağlı xüsusi bölümlər əlavə edəcək:

““Azəriqaz” İstehsal Birliyi 2016-cı ildən bəri sayğacdan sonrakı mərhələyə məsul qurum deyil. Bunu digər müvafiq qurum həyata keçirirdi. Lakin qaz haqqında qanuna əlavə dəyişiklikdən sonra sayğacdan sonrakı mərhələyə məsul olaraq “Azəriqaz” İstehsal Birliyi təyin olundu. Nazirlər Kabineti də həmin fərmandan irəli gələn qaydaları ötən ilin sonunda çox ciddi araşdırmalardan sonra ortaya normativ qaydalar qoydu. Həmin qaydalar “Azəriqaz” stehsal Birliyinə təqdim olundu.

Yanvardan “Azəriqaz” İstehsal Birliyi bu işin texniki müayinələrinə həmin qaydalara əsaslanaraq fəaliyyətini qurmağa başlayıb. Biz texniki müayinələrə qədər də ən müxtəlif platformalarda, verlişlərimizdə, mətbuat konfranslarımızda, digər aksiyalarımızda dəm qazından, ümumiyyətlə qaz təsərrüfatından istifadə qaydaları ilə bağlı maarifləndirici informasiyalar verib, təbliğatımızı aparmışıq.

Azəriqaz” İB-nin saytında da mərhələli şəkildə təhlükəsizlik qaydaları ilə bağlı xüsusi bölümlər əlavə edəcək. Artıq bu proses başlayıb və yekunlaşmaq üzrədir. Saytımızda abonentlərin də başa düşə biləcəyi səviyyədə məlumatlar yerləşdiriləcək. Yəni abonentin məsuliyyətinin, “Azəriqaz”ın məsuliyyətinin nədən ibarət olduğu və istifadə qaydaları ilə bağlı hansı qaydalara riayət olunmalı olduğu haqda məlumatlar saytda öz əksini tapacaq.

Onu da qeyd edim ki, biz bunu hər zaman etmişik. Gün ərazisində mütəmadi olaraq, 10 sayta, digər tv və radiolara bununla bağlı informasiyalar veririk. Amma bir daha vurğulayım ki, saytımızda bizə təqdim olunan qaydalar bəndlə, ayrı-ayrılıqda yayılacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar