Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”ın xudatlılara verdiyi vəd yerinə yetirilmir

Qusar rayonu, Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivinin sakinləri şikayətçidir...

“Özləri kombili, isti evlərində oturub, kəndlərdəki vəziyyətdən xəbərsizdilər”

Qusar rayonu, Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivinə qaz xətti çəkilmir. Sakinlər illərdir qazsız qalıb.

Bu barədə Meydan TV-yə sakinlər məlumat veriblər. Şikayətçilərin sözlərinə görə, təkcə son bir il ərzində sakinlərin imzası ilə “Azəriqaz” İstehsalat Birliyinə 32 məktub ünvanlanıb. Birliyin sosial şəbəkələrdəki hesablarına yazılıb, Qusar Rayon İcra Hakimiyyətinə müraciətlər olunub. İstehsalat Birliyi hər dəfə gələn il ərzində yaşayış massivinin qazlaşdırılacağını vəd edib.

Sakinlərdən Pərviz Məmmədov bildirib ki, illər bir-birini əvəzləyir, istehsalat birliyinin vədi bitmir. Sakinlər soyuq qış aylarında odunun ümidinə qalıblar. Odun bahalaşıb, ağacların kəsilməsinə də icazə verilmir.

“Soyuqdan donuruq, heç olmasa uşaqlara yazıqları gəlsin. Qazandıqlarımızı dərmana xərcləyirik, elektrik enerjisi ilə qızınmaq olmur. Özləri kombili, isti evlərində oturub, kəndlərdəki vəziyyətdən xəbərsizdilər”, – P.Məmmədov deyib.

Azəriqaz” İstehsalat Birliyinin Tikinti Departamentinin sakinlərə göndərdiyi cavab məktubunda bildirilir ki, Prezidentin 14 aprel 2009-cu il, 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivində fərdi yaşayış evlərinin növbəti illərdə qazlaşdırılması nəzərdə tutulub.

Sakinlərə ötən il göndərilən məktubda isə qeyd edilib ki, qazlaşdırılma İstehsalat Birliyinin maliyyə imkanları daxilində mərhələ ilə davam etdirilir.

2023-cü ildə “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına yeni salınmış yaşayış massivində paylayıcı qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulub. 2023-cü il başa çatsa da, qaz kəmərləri çəkilməyib.

Azəriqaz” İB-dən Meydan TV-yə bildiriblər ki, həmin əraziyə paylayıcı qaz kəmərlərinin çəkilməsi plandadır.

Poliqon.info


Etiket: Azəriqaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Ən çox oxunanalar