NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammiti Soyuq müharibədən bəri ən iddialı olacaq...
Poliqon xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ən böyük sammit yeni çağırış və təhdidlərə uyğunlaşma nümayiş etdirəcək.
"İstər Rusiya, istər Çin Xalq Respublikası, istərsə də kiberməkanda terrorla mübarizə əsas məqam olacaq", deyə Blinken bildirib.
Bundan əvvəl Çinin "Global Times" qəzeti Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları səbəbindən NATO-nun son on ildə ən böyük təlimini keçirdiyini bildirmişdi.
Yanvarın 18-də NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Kristofer Kavoli təşkilatın genişmiqyaslı hərbi təlimlər keçirəcəyini bəyan edib. Onun sözlərinə görə, "Steadfast Defender 2024" təlimi son onilliklərin ən böyüyü olmalıdır. Təlimdə Şimali Atlantika Alyansına üzv ölkələrdən 90 min əsgərin iştirak edəcəyi gözlənilir.
Poliqon.info